Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və İctimi birliklər komitələrinin birgə iclasının gündəliyinə “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəsi daxil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
Həmçinin iclasda “Polis haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Dini etiqad azadlığı haqqında” qanun layihələri, eləcə də Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunacaq.
“Dini ekstremizmlə mübarizə müasir dünyada ən mühüm məsələdir. Bununla əlaqədar olaraq bir sıra qanunvericilik aktlarına düzəlişlər edilməsinə kəskin zərurət yaranıb”, - deyə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin Dini qurumlar və İctimai birliklər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Onun sözlərinə görə, qanunvericilik aktlarına təklif edilən düzəlişlər dünyada, regionda və Azərbaycanda baş verən hadisələrlə əlaqədardır.
“Müasir dünyada müxtəlif dövlətlərdə insan hüquqları və demokratiyanın inkişafı uğrunda ideya və ideologiyaların tətbiqi tendensiyası müşahidə olunur. Bu gün bu ideologiyaların din pərdəsi altında tətbiqi başlayıb. Bu, insanların dini etiqadından sui-istifadə edilməsi ilə bağlı mənəvi məsələdir. Dini ekstremizmlə mübarizəyə çox ciddi yanaşmaq lazımdır”, - deyə S.Novruzov qeyd edib.
Parlament komitəsinin rəhbəri söyləyib ki, bu qanun layihəsinə 3 hissə və 15 maddə daxil edilib. “Dini ekstremizmin yayılması cəmiyyətdə narahatlıq yaradır. Bilmək lazımdır ki, qanun qarşısında hamı bərabərdir”,- deyə o qeyd edib.
“Bu gün biz bir qanun layihəsini və beş qanunvericilik aktına düzəlişləri müzakirə edirik. Bu məsələlər bir-biri ilə bağlıdır”, - deyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
Onun sözlərinə görə, Azərbaycanda dünyada baş verən proseslərə kəskin reaksiya göstərilir. Buna görə də son 5-6 il ərzində müxtəlif qanunlara, o cümlədən “Dini etiqad azadlığı haqqında” qanuna müntəzəm olaraq düzəlişlər edilir,- deyə o bildirib.
“Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi terrorçuluğun bu növü ilə mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən edir, dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələrini təsbit edir.
Qanun layihəsi terrorçuluğun bu növü ilə mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən edir, dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələrini təsbit edir
Qanun layihəsi ictimai və dövlət təhlükəsizliyinin təmin edilməsinə; dini ekstremist fəaliyyətin aşkar edilməsi, qarşısının alınması, habelə dini ekstremist fəaliyyət nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə; dini ekstremizmin maliyyələşdirilməsi hallarının aşkar və ləğv edilməsinə yönəlib.
Qanun layihəsində dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlarla bağlı maddələr də yer alır.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət