Azərbaycanın hüquq-mühafizə orqanlarının noyabrın 26-dan başlayaraq Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı 5 nəfər həlak olub, 32 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə daxili işlər naziri Ramil Usubov çərşənbə günü AzTV dövlət telekanalına müsahibəsində bildirib.
Nazir qeyd edib ki, Nardaranda və respublikanın bir sıra digər şəhərlərində, xüsusilə Gəncə və Lənkəranda “Müsəlman birliyi” silahlı qruplaşması dövlətə qarşı açıq fəaliyyət həyata keçirib.
“Onların məqsədi qeyri-konstitusional yolla hakimiyyətə gəlmək, din pərdəsi altında Azərbaycan ərazisində şəriət qanunları ilə idarə olunan teokratik dövlət yaratmaq olub”, - deyə R.Usubov bildirib.
Onun sözlərinə görə, ötən illərdə də Nardaranda dövlət orqanları ilə qarşıdurmalar olub. “Hələ 2005-ci ildə Nardaranda iki polis əməkdaşı öldürülmüşdü. Polislə hazırkı qarşıdurma sayca 23-cü oldu”, - deyə nazir vurğulayıb.
O əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyev hüquq-mühafizə orqanlarına bu silahlı qruplaşmanın zərərsizləşdirilməsi və onları Azərbaycan qanunlarına riayət etməyə məcbur etmək üçün ciddi tədbirlərin görülməsi barədə tapşırıq verib. “Plan tərtib olundu. Daxili işlər, milli təhlükəsizlik orqanları və Baş Prokurorluq birgə tədbirlər həyata keçirməyə başladı. Noyabrın 26-da keçirilən ilk xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərildi. Daxili işlər orqanlarının nümayəndələrinə qarşı avtomat və qumbaralardan istifadə edildi. Həmin əməliyyat zamanı iki əməkdaşımız həlak oldu. Əməliyyat nəticəsində hüquq-mühafizə qüvvələrinə qarşı silah tətbiq etmiş 5 nəfər öldürüldü, 32 nəfər barəsində həbs qətimkan təbdiri seçildi. Baş Prokurorluq intensiv istintaq tədbirləri aparır”, - deyə o qeyd edib.
R.Usubov vurğulayıb ki, Daxili Qoşunların və polis nümayəndələri qəsəbədə vəziyyəti tam nəzarətə götürüblər. “Dünən və bu gün insident qeydə alınmayıb. Biz artıq 4 gündür yerli sakinlərdən təslim olmağı, onlarda olan avtomat, tapança, qumbaraları təhvil verməyi tələb edirik. Əfsuslar olsun ki, indiyədək heç bir silah könüllü şəkildə təhvil verilməyib. Mən bir daha Nardaran sakinlərinə müraciət edirəm, tələb edirəm, xahiş edirəm, sizdə olan silahları təhvil verin”, - deyə nazir qeyd edib.
O vurğulayıb ki, silahı könüllü şəkildə təhvil verməyən şəxslər barəsində cinayət işi açılacaq.
Bununla yanaşı, R.Usubov əlavə edib ki, keçirilən xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanları tərəfindən artıq 6 ədəd avtomat, çoxlu sayda tapança, partladıcı maddə və qurğular aşkar edilərək götürülüb. Bu istiqamətdə iş davam edir.
“Qeyd etmək istərdim ki, Nardaran istisna olmaqla, Azərbaycanın bütün guşələrində təhlükəsizlik hökm sürür. Vətəndaşlarımız adi qaydada yaşayırlar və sərbəst şəkildə istədikləri yerə gedirlər, onlar üçün heç bir təhlükə yoxdur. Əcnəbi vətəndaşlar da əvvəlki kimi ölkədə fəaliyyət göstərə bilərlər”, - deyə o bildirib.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət