Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-a üzv dövlətlər (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) Yaponiya ilə əməkdaşlığı genişləndirəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənməlumat verilib.
Məlumata görə, Belqradda ATƏT Nazirlər Şurasının 22-ci toplantısı çərçivəsində GUAM-a üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşü baş tutub.
Görüş çərçivəsində GUAM-Yaponiya Əməkdaşlıq Proqramı imzalanıb. Proqramda GUAM-Yaponiya əməkdaşlığının perspektiv inkişafı, Yaponiyanın GUAM regional əməkdaşlığına daha yaxından cəlb olunması, praktik əməkdaşlıq üçün proqram və layihələrin inkişafı və icra edilməsi kimi məsələlər qeyd olunub.
Proqramda, həmçinin BMT Nizamnaməsi, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət çərçivəsində sülh və təhlükəsizliyin qorunması naminə beynəlxalq və regional münasibətlərin cari problemləri üzrə məsləhətləşmələrin keçirilməsi yeni əməkdaşlıq məqsədləri kimi təsbit olunub.
Görüşdə BMT Baş Məclisinin “GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı qətnaməsinin mətn layihəsi barədə müzakirələr də aparılıb.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət