28 yanvar 2016-ci il, Bakı - Silk Way Travel turizm şirkəti türk partnyoru Summer Tour ilə birgə Türkiyənin populyar kurortları Antalya, Bodrum, İzmir, Kuşadası, Alanya, Dalaman, Marmaris və Fəthiyəyə çox sərfəli səyahət paketləri təklif edir.
Aksiya çərçivəsində səyahət paketlərini 8 gün / 7 gecə müddətinə aşağıdakı qiymətlərlə almaq mümkündür:
· 3 ulduzlu hotel: 199 dollardan başlayaraq*
· 4 ulduzlu hotel: 249 dollardan başlayaraq*
· 5 ulduzlu hotel: 299 dollardan başlayaraq*
* Qiymət nömrədə 2 nəfər qalmaq şərti ilə 1 şəxs üçün göstərilmişdir.
Qiymətə hər iki tərəfə birbaşa uçuş (AZAL aviaşirkəti), hava limanı-otel-hava limanı transferi, oteldə qalma və tibbi sığorta daxildir. Müddət: mayın 21-dən iyunun 15-dək və sentyabrın 1-dən 30-dək.
Aksiya çərçivəsində əlavə bonuslar da mövcuddur. Belə ki, "5 ulduz" kateqoriyalı otellərin bir çoxunda iki böyük bir otel nömrəsində yerləşdirildikdə, iki uşaq (16 yaşa kimi) üçün yer pulsuz təqdim olunur. 35-dən çox oteldə standart otel nömrəsinin (Standart Land View) rezervasiyası zamanı nömrənin dəniz mənzərəli (Standart Sea View) otel nömrəsinə pulsuz dəyişdirilməsi imkanı təklif olunur.
Bununla yanaşı, Silk Way Travel aksiyadakı səyahət paketlərinə daxil olmayan digər otellərdə 60 faizə qədər endirimlə erkən rezervasiya ilə Türkiyə kurortlarına digər səyahət paketlərinin satışına başlayır. Şirkətdən bildirildiyi kimi, erkən rezervasiya ilə qiymətlər bu il ötən ilə nisbətən 20-40 faiz aşağıdır.
"Müasir tendensiyalar Avropadan olan turistlərin əksəriyyətinin erkən rezervasiyaya üstünlük verdiyini göstərir. Bu ənənə ölkəmizdə də kök salmağa başlayır. Səyahət paketlərinin erkən rezervasiyası planlaşdırılan büdcə daxilində əhəmiyyətli dərəcədə qənaət etmək və ya daha yüksək səviyyəli istirahət seçmək imkanı verir", - Silk Way Travel şirkətinin direktoru Şirzad Əfəndiyev bildirmişdir.
Daha ətraflı məlumat almaq üçün Silk Way Travel ilə aşağıdakı telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərlərsiniz:
(+99412) 598-88-80; (+99412) 437-40-85; *8880;
Email: tourism@swtravel.az;
Və yaxud şirkətin Facebook sosial şəbəkəsindəki səhifəsində: https://www.facebook.com/SW-TRAVEL-147532095314826/ .
Səyahət paketlərini şirkətin Bakı şəhəri, Nizami küç.,126A ünvanında yerləşən ofisində və digər turizm şirkətlərinin ofislərində əldə etmək olar.
Silk Way Travel şirkətinin mətbuat xidməti
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət