Azərbaycan və Yunanıstan xarici işlər nazirləri çərşənbə axşamı qarşılıqlı maraq kəsb edən bir çox məsələləri müzakirə ediblər. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Təkbətək formatda və geniş tərkibdə görüş zamanı yunan həmkarımla geniş əməkdaşlıq məsələlərini müzakirə etdik. Bundan başqa, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, miqrasiya böhranı ətrafında vəziyyəti müzakirə etmişik”, - deyə E.Məmmədyarov Yunanıstan XİN başçısı Nikos Kotzias ilə birgə mətbuat konfransında bildirib.
E.Məmmədyarov əlavə edib ki, iki ölkə üçün energetika sahəsində, Yunanıstan ərazisindən keçəcək TAP qaz kəməri üzrə əməkdaşlıq mühümdür.
“Əlaqələrimiz genişlənir və biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləməklə bağlı razılığa gəlmişik”, - deyə o əlavə edib.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət