Bank Respublika yeni “Yığım əmanəti” məhsulunu təklif edir. 15 fevral tarixindən istənilən şəxs minimum 200 AZN ilkin mədaxil edərək Bankın filiallarında yığım əmanəti üçün hesab aça bilər.
3, 6 və 12 aylıq müddətə açılan “Yığım əmanəti”-ni hal-hazırda manatla yerləşdirmək mümkündür. Eyni zamanda, əmanətin məbləği istənilən vaxt və istənilən məbləğdə artırıla bilər.
Yeni məhsulun üstünlüyü ondadır ki, əmanət üzərinə əlavə məbləği uyğun olan vaxtda, bank ofisinə gəlmədən MilliÖN və e-Manat terminallarından həmçinin Bankim.az səhifəsində fasiləsiz xidmət göstərən “İnternet şöbəsi” vasitəsilə mədaxil etmək mümkündür.
“Yığım əmanəti” üzrə faizlər müddətin sonunda ödənilir. Qeyd edək ki, bu depozit növünün maksimal limiti yoxdur, lakin faizlərin hesablanması üçün maksimal məbləğ 50 000 AZN təyin edilib.
Bank Respublika “Əmanətlərin sığortalanması haqqında” dövlət qanununa əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bankda yerləşdirilmiş əhalinin əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət