17 fevral tarixində Moskva şəhərində NIKOIL | Bank-ın əsas səhmdarı "LUKOYL" neft şirkətinin Prezidenti Vahid Ələkbərovun iştirakı ilə səhmdarlarının növbəti yığıncağı keçirilib. Yığıncaqda NIKOIL | Bank-ın İdarə Heyətinin Sədri Vasiliy Xamaza 2015-ci il ərzində görülən və 2016-ci ildə görüləcək işlər haqqında məruzə ilə çıxış edib. Toplantının yekununda aşağıdakı qərarlar qəbul edilmişdir:
1. 2015-ci ildə Bankın fəaliyyətinin nəticələri nəzərə alınsın və 2016-cı il üçün əsas maliyyə göstəriciləri və iş planları təsdiq edilsin.
2. PWC (Price Waterhouse Coopers) auditor şirkəti ilə birlikdə Bankın 2019-ci ilə qədər strateji inkişaf planı hazırlansın.
3. Müştərilərlə hesablaşmaların fasiləsizliyini təmin etmək üçün 15 mln. ABŞ dolları həcmində ehtiyat fondu yaradılsın.
4. Bankın müasir iqtisadi şəraitə cavab verən yeni təşkilati strukturu təsdiq edilsin.
Yığıncağın gedişatında xüsusi ilə qeyd olunmuşdur ki, 2015-ci il ərzində maliyyə bazarlarının dəyişikliklərini nəzəzrə alaraq, Bank öz likvidliyini kifayət qədər yüksək səviyyədə qoruyub saxlaya bilib və müştərilərlə hesablamalarda heç bir əngəllərin yaranmasına yol verməyib. Bankın müştəri bazası 10%, müştəri hesabları üzrə əməliyyatlar isə 50% artıb ki, buda öz növbəsində müştərilərin Banka və onun əsas səhmdarına inamın artmasını ifadə edir.
Bugün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət