Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Novruz bayramının gəlişi ilə əlaqədar Azərbaycanda ilk dəfə olaraq öz abunəçilərinə nadir hədiyyəsi barədə elan edir. 1 martdan başlayaraq 31 martadək Bakcell şəbəkəsinə qoşulan hər bir yeni abunəçi Facebook tətbiqinə 6 aylıq pulsuz çıxış imkanı əldə edəcək. Bunun üçün onlar sadəcə əvvəlcədən ödənilmiş (“prepaid” ) Bakcell SİM kartını almalı və *515*1#YES kodunu yığaraq bu kampaniyaya qoşulmalıdırlar. Bu yeni kampaniya şəbəkədən istifadə edərkən pula qənaət etməyə imkan yaradacaq.
CIN və ya Klass tarif paketlərinin hər hansı birindən istifadə edən mövcud Bakcell abunəçiləri də sadəcə *515*1#YES kodunu yığaraq bu kampaniyadan faydalana biləcəklər. Bu halda nömrənin balansından 0.99 AZN məbləğində birdəfəlik haqq çıxılacaq.
6 ay ərzində Facebook-a pulsuz çıxış imkanı aylıq olaraq, nömrənin balansına hər ay 3 AZN vəsait yükləmək şərti ilə təqdim edilir.
Facebook -a pulsuz çıxış qaydası Facebook tətbiqinin və Facebook Messenger tətbiqinin bütün istifadə növlərinə (o cümlədən, FB Messenger tətbiqi vasitəsilə mesajlaşma, fotoşəkil və fayl paylaşma xidmətlərinə) şamil edilir. Facebook tətbiqindən başqa səhifələrə yönləndirmə, eləcə də Facebook Messenger vasitəsilə edilən səsli və video zənglərə görə adi qaydada haqq tutulacaqdır.
“Novruz bayramı baharın gəlişini təcəssüm etdirən son dərəcə gözəl bir ənənədir. Bu gözəl bayrama hazırlıqlar bayram şənliklərinə hələ bir ay qalmış başlanır. Super yüksək sürətli mobil internet xidmətindən faydalanan abunəçilərimizin əksəriyyəti sosial şəbəkələrdən fəal şəkildə istifadə edirlər. Azərbaycan Facebook-un fəal istifadəsinə görə dünyada ilk yerlərdən birini tutur. Biz bu kampaniyaya qabaqcadan, ayın əvvəlindən başladıq ki, insanlar öz hisslərini paylaşmağa indidən başlaya və bu təklifdən tam faydalana bilsinlər”, - deyə Bakcell şirkətinin baş marketinq direktoru Maria Toyçeva bildirib. “Biz bilirik ki, bir çox insanlar üçün Facebook əslində “internetdir”. Elə buna görə də biz inanırıq ki, bu təklif Bakcell abunəçilərinin şəbəkədə məhdudiyyətsiz ünsiyyətdə olmaları və öz doğmaları və dostları ilə daha yaxın olmaları üçün əlavə stimul yaradacaq”,- deyə xanım Toyçeva əlavə edib.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət