Yaxın Şərqdə şiə və sünnilər arasında münaqişə heç bir tərəfin qələbəsi ilə başa çatmayacaq. Bunu Livanın sabiq baş naziri Fuad Sinyora “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunda çıxışı zamanı bəyan edib.
“Avropada yüz illərlə katoliklər və protestantlar bir-birləri ilə döyüşdülər və nəhayət anladılar ki, ən yaxşısı dinc və yanaşı yaşamaqdır”,- deyə o, İran və Əfqanıstanla bağlı vəziyyət kontekstində regional inkişafa həsr olunmuş seksiyada bildirib.
F.Sinyora hesab edir ki, İran və ərəb dünyası, eləcə də bütövlükdə dünya xalqları münaqişələrə itələyərək öz ehtiyatlarını boş yerə sərf edir, bununla da hadisələrin inkişafından narazı qalan insanlar ordusu yaranır.
“İranın ərəb dünyası üzərində hökmranlıq edə biləcəyinə inanmıram. Ərəb dünyası da İranın təcrid olunmasına yol verə bilməz”,- deyə sabiq baş nazir qeyd edib.
O, Tehranı yaxın Şərqdə inqilablar yaratmaq cəhdlərinə son qoymağa çağırıb.
“İran ərəb dünyasında inqilablar yaratmaq cəhdlərindən əl çəkməlidir, bu, müsbət balans yaratmayacaq. Əks halda bu hal Yaxın Şərqdə dezinteqrasiyanın dərinləşməsinə, ekstremizmin güclənməsinə və qaçqınlar ordusunun artmasına səbəb olacaq”,- deyə F.Sinyora qeyd edib.
O, İranın ərəb dünyası ilə münasibətlərində müsbət proseslərin başladığına ümid etdiyini deyib.
“İnanıram ki, müsbət dəyişikliklər baş verməlidir. Bəs bu nə zaman olacaq?”, - deyə siyasətçi qeyd edib.
Onun sözlərinə görə, regionda müxtəlif ekstremist cərəyanların maliyyələşdirilməsi yalnız vəziyyətin gərginləşməsinə xidmət edir.
“İran və ərəb dünyası bir-birinə qarşı dayanan cəbhələri maliyyələşdirməməlidir. İran və ərəb dünyası, eləcə də Qərb arasında uçurum dərinləşir.
Ekstremist ovqata köklənmiş ərəblər və İran tərəfindən dəstəklənən digər ekstremistlər heç bir müsbət dəyişiklik yaratmayacaqlar”,- deyə F.Sinyora qeyd edib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət