Martın 15-16-da Finlandiyanın paytaxtı Helsinkidə Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) İcraiyyə Komitəsinin 41-ci iclası keçirilib. Tədbirdə Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iştirak edib.
Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmaqla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən müdrik dövlət siyasətinin məntiqi nəticəsi kimi Azərbaycan Respublikasının prokurorluq orqanları bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən IAP-la səmərəli qarşılıqlı əməkdaşlığı bu gün də uğurla davam etdirir.
Assosiasiyanın İcraiyyə Komitəsinin iclasının 2002-ci ildə Bakı şəhərində keçirilməsi təşkilatla ölkəmiz arasında qarşılıqlı əməkdaşlığı yeni müstəviyə qaldırıb.
Beynəlxalq Prokurorlar Assosiasiyası yarandığı gündən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Baş Prokurorluq qeyd olunan qurumla sıx işgüzar əlaqələr yaratmış və həyata keçirilmiş səmərəli qarşılıqlı əməkdaşlığın nəticəsi kimi Azərbaycan Respublikası uzun müddət ərzində Assosiasiyanın ali idarəetmə orqanı olan İcraiyyə Komitəsində təmsil olunmaqdadır.
Ötən müddət ərzində Assosiasiyanın rəhbər nümayəndələri mütəmadi olaraq Azərbaycanda rəsmi və işgüzar səfərlərdə olmaqla Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, korrupsiyaya qarşı mübarizə sahəsində institusional və cinayət təqibi tədbirləri, o cümlədən “Asan xidmət” mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olmuş və əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirməklə qurumun internet səhifəsinin rus versiyası ilə yanaşı Assosiasiyanın antikorrupsiya şəbəkəsinin təsis edilməsi haqqında razılıq əldə edilib. Qeyd olunan şəbəkənin saytının idarə olunmasının Azərbaycan Respublikasının prokurorluq orqanlarına həvalə olunması və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən uğurla aparılması qurumla Azərbaycan Respublikası arasında yaradılmış səmərəli qarşılıqlı əməkdaşlığın bariz nümunəsidir.
Assosiasiyanın İcraiyyə Komitəsinin iclasında qurumun fəaliyyəti ilə bağlı bir sıra mühüm əhəmiyyət kəsb edən təşkilati məsələlər, o cümlədən Assosiasiyanın Konstitusiyası və fəaliyyətini tənzimləyən digər normativ sənədlərə əlavə və dəyişikliklər, quruma yeni təşkilati üzvlərin qəbulu məsələləri müzakirə edilib, habelə qurumun ali orqanlarına, o cümlədən Assosiasiyanın idarəetmə orqanı olan İcraiyyə Komitəsinə seçkilər keçirilib.
Əlamətdar haldır ki, dünyanın aparıcı dövlətlərinin prokurorluq orqanlarının rəhbər şəxslərinin təmsil olunduğu İcraiyyə Komitəsinin 41-ci yaz iclasında ölkəmizin ədliyyə və prokurorluq orqanlarının qurumun fəaliyyətinə vermiş olduğu töhfələr, fəal iştirakçılıq və yüksək səviyyəli işgüzar əlaqələr nəzərə alınmaqla Azərbaycan Respublikasının nümayəndəsi K.Əliyevin növbəti müddətə üzv seçilməsi məsələsi ilə əlaqədar ilkin qərar qəbul edilib.
Bundan başqa, iclasda Assosiasiyanın 21-ci İllik Konfrans və Ümumi Yığıncağının cari ilin sentyabrın 11-15-də İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilməsi qərara alınıb.
Azərbaycan Respublikasının Prokurorluğu bundan sonra da beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığını uğurla davam etdirəcək.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Accessbank «Yaşıl dünya naminə həmrəylik ili» çərçivəsində ağacəkmə aksiyasına dəstək olub
NEQSOL Holding “Parla” təqaüd proqramı üçün xaricdə təhsil üzrə master-klas keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət