Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" (AZAL) Bakıda keçirilən AITF-2016 turizm sərgisi çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Rusiya Federasiyasında rəsmi turizm nümayəndəliyi olan Tour A Vent şirkəti ilə uzunmüddətli əməkdaşlıq barədə razılıq əldə etmişdir.
Müqaviləyə əsasən, turizm şirkətinə AZAL aviaşirkəti tərəfindən yerinə yetirilən Kazan-Bakı-Kazan müntəzəm reysində yer bloku ayrılacaq.
Bundan əlavə, aviaşirkət və turizm şirkəti Ulyanovsk hava limanından Bakıya çarter reyslərin yerinə yetirilməsini razılaşdırmışdırlar. Reyslər Embraer və ya Airbus hava gəmiləri ilə yerinə yetiriləcək.
"Mən çox şadam ki, bizim Rusiya regionlarındakı danışıqlarımız konkret nəticə verməyə başlayıb. AZAL aviaşirkəti Azərbaycana turistlərin cəlb edilməsi üçün xarici turizm şirkətlərinə yaxşı şərtlər təqdim etməyə hazırdır", AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirmişdir.
"Şirkətimizin əsas məqsədi Azərbaycan turizmini təbliğ və təşviq etməkdir. “Azərbaycan Hava Yolları” Rusiyanın müxtəlif regionlarına bir çox müntəzəm uçuşlar yerinə yetirir və mən əminəm ki, bizim sıx əməkdaşlığımız uzunmüddətli xarakter daşıyacaq", Tour A Vent şirkətinin Volqayanı filialının baş direktoru Yuliya Uba bildirmişdir.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət