Siyasi mühacir, «Literaturnaya Kanada» qəzetinin baş redaktoru Vaaqn Karapetyan erməni xalqını Dağlıq Qarabağa əsassız iddialardan əl çəkməyə çağırıb.
«Ağıl üstün gəlsəydi və bu ərazilər, nəhayət Azərbaycanın nəzarətinə qaytarılsaydı, çox şad olardım. Dağlıq Qarabağ Ermənistanın orqanizmindəki xərçəng şişidir. Bu şiş cərrahi və ya digər yolla nə qədər tez kəsilib götürülərsə, Ermənistanın yaşamaq şansı o qədər çox olar», - deyə V.Karapetyan «İnterfaks-Azərbaycan» agentliyinə bildirib.
O deyib ki, «Dağlıq qarabağlılarla ermənilər arasında nifaq salmaq, ermənilərin nə uğrunda öldüklərinin məlum olmadığını hər kəsə nümayiş etdirmək lazımdır».
V.Karapetyan bildirib ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində aprelin əvvəlində baş vermiş toqquşmalar zamanı ölmüş ermənilərin siyahısına nəzər yetirdikdə 36 nəfərdən yalnız 12-nin Dağlıq Qarabağda yaşadığını görmək olar. Qalanları Ermənistan vətəndaşlarıdır.
«Toqqulmalar zamanı ölmüş Dağlıq Qarabağ nümayəndələrinin hamısı yaşı 30 və daha çox olan kişilərdir. Onlar bu işə dərrakəli şəkildə, muzdla gediblər. Ermənistandan gəlmiş şəxsər isə gənclər, çağırışçılardır. Onları nə üçünsə qonşu əraziyə aparıblar. Bu gənclər Ermənistan vətəndaşlarıdır və vətən uğrunda döyüşmək, həlak olmaq onların borcudur. Lakin bu gün Qarabağ heç bir halda – nə hüquqi, nə fiziki, nə faktiki baxımdan Vətən sayılmır. Ermənistandan gənclərin Dağlıq Qarabağ ərazisinə hansı əsaslarla çağırıldıqları aydın deyil», - deyə V.Karapetyan qeyd edib.
O hesab edir ki, Dağlıq Qarabağda hərbi xidmətdə olanlara pasport nəzarətinin tətbiqi, onlar kim olduqlarının yoxlanılması vacibdir. «Ermənistandan olan əsgərlər Dağlıq Qarabağ ermənilərinin separatçı maraqları uğrunda həlak olmamalıdırlar», - deyə siyasi mühacir bildirib.
«Azərbaycan beynəlxalq təşkilatların diqqətini Ermənistan silahlı qüvvələri hərbçilərnin Qarabağda həqiqi xidmət keçdiklərinə cəlb edə bilər. Qoy beynəlxalq strukturlar onların hansı sənədlər əsasında Ermənistan ərazisi olmayan torpaqlarda xidmət çəkdiklərini aydınlaşdırsın. Axı hərbçilərin lazımi arqumentlər olmadan dövlət sərhədlərini pozması ya fərarilik, ya da təcavüzdür. Bu gün erməni əsgərlərinin Ermənistandan kənarda hərbi xidmət keçmələri üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, xidməti mövqelərindən sui-istifadə edərək əsgərləri Vətəndən çıxmağa məcbur edən günahkarlar üzə çıxarılmalıdır. Buna görə Ermənistan siyasətçiləri və məmurları beynəlxalq məhkəməyə verilməlidir», - deyə o, bildirib.
Beləliklə, Ermənistan silahlı qüvvələri əsgərlərinin Qarabağ ərazisinə hansı sənədlər əsasında aparıldığını müəyyənləşdirmək və onları Ermənistana qaytarmaq lazımdır: «Onlar Qarabağda yox, Ermənistanda xidmət etməlidirlər. Ermənistan hökuməti səlahiyyətlərindən sui-istifadə edir, öz siyasi maraqları üçün Ermənistan vətəndaşlarını Qarabağa ölümə göndərir».
V.Karapetyan hesab edir ki, ermənilər Azərbaycanla əlaqələrin onların xeyrinə olduğunu anlayan kimi, Ermənistanın hazırki cinayətkar rejiminə qarşı qalxa bilərlər.
Bununla yanaşı, o, hər iki xalqı danışıqlar masası arxasına əyləşməyə və problemi vasitəçilər olmadan çözməyə çağırıb.
«Baxın, BMT-də bir, daha sonra ikinci, üçüncü, dördüncü qətnamə qəbul olunub. 44-cü, 144-cü də qəbul olunacaq. Əgər bu kiçik, əhəmiyyətsiz ölkə olan Ermənistan BMT-nin qərarlarına əməl etmirsə, ilk qətnamədən sonra sanksiyalar tətbiq olunmalı idi. Danışıqlar masası arxasına biz özümüz əyləşməliyik. Çünki, Allaha şükür ki, inkişafdan qalmış deyilik, uşaq deyilik. Məsələni niyə bizim əvəzimizə kimsə həll etməlidir? Nəhayət, anlamalıyıq ki, insanlar bu günkü Ermənistanda olduğu kimi acınacaqlı durumda deyil, yaxşı yaşamalıdırlar», - deyə Karapetyan qeyd edib: «Mən Azərbaycan ərazisində bir dəfə olmuşam. Bu, həmkarlar ittifaqı təşkilatı xəttilə təşkil olunmuş dost səfəri idi. Üç gün orda olduq, insanlar söhbətləşdik, dostlaşdıq. Bizi necə isti qarşıladıqlarını yaxşı xatırlayıram. Bu, unudulmazdır».
V.Karapetyan bu yaxınlarda KİV-də müraiəti yayılmış qarabağlı Artur Ağacanova dəstək də verib. Xatırladaq ki, Ağacanov hər kəsi Qarabağın xristian irsinin erməniləşdirilməsi və regionun tarixinin saxtalaşdıılması ilə mübarizəyə səsləyib.
Beləliklə, faktiki olaraq, erməni ictimaiyyətinin Ağacanovun müraciətinə qoşulması prosesi başlayıb.
«Bu müraciəti məmnuniyyətlə oxudum. Əlbəttə ki, öz köklərini tapmaq və Qarabağlı həmyerlilərin soyunu araşdırmağa çalışan Ağacanovu dəstəkləyirəm. Hər kəs öz milliyyətini müəyyənləşdirmək, onunla fəxr etmək hüququna malikdir. Ona halaldır. Ermənistanın müxtəlif xristian xalqlarının irsini mənimsəməsinə imkan verən daha bir məqamı vurğulamaq istərdim. Bu məsələdə qonşu xalqların istifadə etdikləri erməni əlifbası Ermənistanın xeyrinə işləyib. Bu gün erməni dilində yazılmış bütün əlyazmaların müəllifləri nədənsə etnik erməni hesab olunur. Gəl indi baş çıxar. Bunu araşdırmaq lazımdır. Lakin müzakirələr elmi diskussiyalar çərçivəsini aşmamalıdır. Opponenti güllələməkdənsə, onun kitablarını vərəqləmək yaxşıdır», - deyə Karapetyan qeyd edib.
Qeyd edək ki Qarabağ albanları nəslindən olan Ağacanov artıq uzun illərdir erməni təbliğatı və tarixin saxtalaşdırılmasına qarşı mübarizə aparmağa çalışır. Əksər Qarabağ xristianları kimi, A.Ağacanov da özünü zorla «erməniləşdirilmiş» şəxslərdən sayır. Çünki etnik baxımdan onun qaykan (hay) xalqına heç bir aidiyyatı yoxdur.
O, Alban kilsəsinin xalqlarının zəngin irsini mənimsəmiş, qaykan xalqının Qarabağa gəlmə olduğunu sübuta yetirəcək hər şeyi məhv etmiş Eçmiadzin kilsəsinin və erməni millətçilərinin ifşası üçün əlindən gələni etməyə hazırdır. A.Ağacanov Qarabağı açıq şəkildə Azərbaycan torpağı adlandırır, erməni separatçılarını ifşa edir və əmindir ki, Qarabağın gələcəyi yalnız Azərbaycanın tərkibindədir.
Artur Ağacanovun müraciəti KİV-də və sosial şəbəkələrdə geniş rezonans doğurub. Bundan sonra ona yüzlərlə insan, o cümlədən Qarabağ erməniləri dəstək verib. Lakin Ağacanovun ünvanına ermənilər tərəfinən hədələr də gəlir və hətta o, ölümlə hədələnir.
Lakin indi Ağacanovun tək olmadığı, onun tərəfdarlarının, həmfikirlərinin olduğu üzə çıxır. Onlar Qarabağ tarixinin tarixi erməni yalanlarından təmizlənməsinin, qədim alban dini irsinin bərpasının vacibliyini anlayırlar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət