Bakı və Ankaranın məqsədi Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirməkdir. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Çox şadam ki, ilk rəsmi səfərinizi məhz Azərbaycana edirsiniz. Bu, bir daha göstərir ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Bizim məqsədimiz Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirməkdir”, - deyə yerli mətbuat Türkiyənin baş naziri Binəli Yıldırımla görüşən prezident İ.Əliyevə istinadən məlumat verir.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Türkiyə iqtisadiyyat, nəqliyyat və digər sahələrdə uğurla əməkdaşlıq edir.
“İki ölkənin münasibətləri bu gün yüksək səviyyədədir. Enerji və nəqliyyat layihələri uğurla icra edilir. İnanıram ki, yaxın vaxtlarda böyük əhəmiyyətə malik bu layihələrin açılışını edəcəyik”, - deyə İ.Əliyev bildirib.
B.Yıldırım isə xatırladıb ki, Türkiyədə yeni hökumət qurulan zaman hökumət başçısının ilk olaraq Şimali Kipr və Azərbaycana səfər etməsi ənənə halını alıb: “Biz tək millət, iki dövlətik. Səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm”, - deyə o əlavə edib.
Görüş daha sonra qapalı şəraitdə davam edib.
A.Əzizov
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət