Operativ-taktiki təlimlər zamanı Azərbaycan Silahlı Qüvvələri düşmənin ön xəttinin yarılmasını həyata keçirir. Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov bəyan edib.
“Təlimdə iştirak edən qüvvələr, gələcəkdə mümkün döyüşlərdə fəal iştirak edəcək Silahlı Qüvvələrin ən hazırlıqlı qoşun növləri və operativ-taktiki qruplarıdır. Təlimlərdə düşmənin ön xəttinin yarılması və əsas qüvvələrin döyüşə yeridilməsi, fəaliyyət göstərən qoşunların havadan,artilleriya vasitəsi ilə dəstəklənməsi həyata keçirilir”, - deyə Z.Həsənov ANS telekanalına müsahibəsində bəyan edib.
Z.Həsənovun sözlərinə görə, nazirliyin rəhbərliyi təlimləri maksimum çətinləşdirməyə çalışıb ki, “şəxsi heyəti nəyə yönəltmişik, üstünlüyümüz nədir, yeni aldığımız avadanlıqlar, silah-sursat döyüş zamanı nə dərəcədə düzgün istifadə olunur”.
Öncə Z.Həsənov jurnalistlərə bəyan edib ki, Baş Qərargah qarşısında bütün təlimlərin döyüş şəraitinə uyğun keçirilməsinə dair vəzifə qoyub.
İyunun 19-da başlanan təlimlər iyunun 24-dək davam edəcək.
Xəbər verildiyi kimi, təlimlərə 25 min nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunub.
Təlimlərin keçirilmə ərazisi olaraq cəbhəboyu zonada və Naxçıvan Muxtar Respublikasında yerləşən poliqonlar, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru müəyyən edilib. Bu təlimlərin əsas xüsusiyyəti güclü müdafiəyə malik şərti düşmən nəzərə alınmaqla əməliyyatların silahlanmada olan yeni texnoloji vasitələrin və silahların geniş tətbiqi ilə keçirilməsidir.
Nazirlikdən bildiriblər ki, təlimlərin əsas məqsədi birlik və birləşmə komandanlıqlarının qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsindən, eləcə də ağır şəraitdə aparılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin artırılmasından ibarətdir.
Təlimlər müdafiə naziri general-polkovnik Zakir Həsənov rəhbərliyi altında keçirilir.**
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət