Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın ən qısa müddət ərzində imzalanması Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə əməkdaşlığının inkişafına təkan verəcək. Xarici işlər naziri Elmar Məmmədyarov belə hesab edir.Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın tez bir zamanda imzalanması Xəzəryanı dövlətlərin əməkdaşlığının inkişafına xidmət edəcək
“Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın ən qısa müddət ərzində imzalanması Xəzəryanı dövlətlərin gələcək qarşılıqlı fəaliyyəti və müxtəlif sahələrdə, o cümlədən Xəzərin ekosisteminin qorunması məsələləri ilə bağlı əməkdaşlığına yönələn daha effektiv tədbirlərin görülməsinə xidmət edəcək”, - deyə XİN başçısı bu gün Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan Xəzərin ətraf mühitinin bugünkü vəziyyəti ilə bağlı Xəzəryanı dövlətlərin ümumi narahatlıqlarını bölüşür və Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
“Bakıda Xəzərin dəniz ətrafı mühitinin müdafiəsinə dair Çərçivə Konvensiyasının 6-cı Tərəflər Konfransının keçirilməsi nəzərə tutulub, əsas məqsədlərdən biri Çərçivə Konvensiyasının daimi Katibliyinin açılması olacaq. Azərbaycan tərəfi Katibliyin Bakı şəhərində yerləşməsi ilə bağlı Saziş layihəsini hazırlayıb və həmin layihəni baxılmaq üçün bütün Xəzəryanı ölkələrə təqdim edib”, - deyə E.Məmmədyarov vurğulayıb.
O, Astanada keçirilən iclasın Xəzəryanı dövlətlərin qarşıda duran vacib tapşırıqların həll edilməsinə yönələn səylərinin gücləndirilməsinə kömək edəcəyinə əminlik ifadə edib.*
R.Babayev
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət