Türkiyə hakimiyyəti hazırda ölkədə həm hərbi çevrilişə cəhdin real iştirakçıları, həm də Rəcəb Tayyib Ərdoğan hökumətinə qarşı qeyri-loyal mövqe tutan şəxslər arasında təmizləmə həyata keçirir. Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov belə hesab edir.
"Bu mərhələdə görünür ki, həm real olaraq çevrilişə cəhddə iştirak edənlər, həm də Ərdoğan hökumətinə qarşı loyal mövqedə olmayan bütün hərbçilər, hüquqşünaslar, biznesmenlər, jurnalistlər, polislər arasında təmizləmə həyata keçirilir", - deyə R.Musabəyov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
O, Türkiyədə son hadisələrə hökumət tərəfindın təşəbbüs edilməsi fikrini istisna edib. "Düşünmürəm ki, bu, hökumətin oyunudur. Bu, çox təhlükəli oyun olardı və zənnimcə, məsuliyyət daşıyan siyasətçilər bu cür oyun oynamayacaqlar", - deyə deputat qeyd edib.
Deputatın fikrincə, R.T.Ərdoğanın dairəsi həmişə anlayıb ki, hərbi dairələrdən qaynaqlanan müəyyən risklər və təhlükələr var. "Düşünürəm ki, onlar hansısa bir informasiyaya malik idilər və bu 10 il ərzində silahlı qüvvələrdə mövqelərini kifayət qədər möhkəmləndirə biliblər. Buna görə ordu (son hadisələrdə – İF-Az) vahid mövqedən hərəkət etmirdi. Bu isə hərbi çevrilişin çox uğursuz və pis hazırlanmasına gətirib çıxardı. Və hər şey çox tez dağıldı", - deyə R.Musabəyov vurğulayıb.*
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət