Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Mujnieks ötən həftə hərbi çevriliş cəhdindən sonra Türkiyədə insan haqqları və demokratik azadlıq sahəsində pozuntularla bağlı narahatlıq ifadə edib.
“Türkiyədə demokratik yolla seçilən hakimiyyəti devirmək cəhdini ən qəti şəkildə qınayıram”, - deyə N.Mujnieks çərşənbə günü yayılan bəyanatda bildirib.
“Sözsüz ki, çoxsaylı insanların ölümü və yaralanması ilə nəticələnən çevrilişə cəhd edənlər qanun qarşısında cavab verməlidirlər”, - deyə ombudsman qeyd edib.
Bununla yanaşı, o bildirib ki, hakimiyyət unutmamalıdır ki, insan haqqları və qanunun aliliyi olmadan ədalət olmur.
Beləliklə N.Mujnieks ölkənin hakim korpusunun təxminən beşdə bir hissəsinin həbsi və ya vəzifələrindən kənaralaşdırılması, həmçinin qiyamdan sonra həbs olunan və ya işdən kənarlaşdırılan dövlət qulluqçuların sayının həddən artıq çox olması ilə əlaqədar narahatlıq ifadə edib.
Mətbuatda qiyama aidiyyəti olmaqda şübhəli bilinənlərin işgəncə və istehza dolu şəkillərinin dərc olunması N.Mujnieksin təşvişinə səbəb olub.
“Həmçinin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd olaraq, Türkiyədə edam cəzasının mümkün bərpası ilə bağlı bəyanatlardan narahatam”, - deyə o vurğulayıb.
“Sözsüz ki, bütün bunlar istənilən demokratik cəmiyyət tərəfindən sosial KİV daxil olmaqla, toplaşma, söz və mətbuat azadlığına riayət olunmanın vacibliyini vurğulayır”, - deyə bəyanatda deyilir.
“Bu məsələlərlə bağlı Türkiyədə qeyd etdiyim ciddi narahatlıqları xatırlatmaq istərdim. Ümid edirəm ki, Türkiyə rəhbərliyi tövsiyyələrimə riayət etmək məqsədilə qəti tədbirlər həyata keçirəcək”, - deyə N.Mujnieks bildirib. **
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət