Azərbaycan Respiblikası Baş Prokurorluğu Fətullah Gülənin tərəfdarları olan və Azərbaycanda şəriət dövləti yaratmaq niyyətində olan şəxslər barəsində cinayət işi qaldırıb. Bu barədə məlumatı Azərbaycan KİV-i yayıb.
“Hüquq-mühafizə orqanlarına yaxın olan mənbələrin məlumatına görə, Baş Prokurorluq Azərbaycanda Gülənin tərəfdarları barəsində cinayət işi qaldırıb. Onlar şəriət dövlətinin yaradılması məqsədilə ölkədə Konstitusiya rejiminin güc yolu ilə devrilməsinə açıq çağırışlar ediblər. O cümlədən, xarici təşkilatlar və onların nümayəndəliklərinin tapşırığı ilə dövlətə qarşı ifadələr səsləndiriblər”, - deyə məlumatlarda bildirilir.
Qeyd olunur ki, F.Gülənin Azərbaycandakı rezidenti müxalif Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlidir.
Məlumata əsasən, “gülənçilər” Azərbaycanda da dövlət çevrilişi planlaşdırırdılar.
“Şübhəsiz, əgər Türkiyədə qiyamçılar Ərdoğanı devirmək və hakimiyyəti ələ keçirməyə müvəffəq olsaydılar, “gülənçilər” Azərbaycana qarşı da böyük cəbhə yaradardılar. Bu sadəcə söz və bəyanatlar deyil. Həm Türkiyənin baş naziri, həm XİN başçısı açıq şəkildə bildirirlər ki, “gülənçilər” Azərbaycanda da dövlət çevrilişi planlaşdırırdılar. Binəli Yıldırım və Mövlud Çavuşoğlu kimi ciddi siyasətçilər faktlar olmadan boş yerə bu sözləri deməzdilər”, - deyə KİV vurğulayır.
Bundan əlavə, bildirilir ki, 2015-ci ilin noyabr ayında Bakının Nardaran qəsəbəsində baş verən hadisələrin himayədarı AXCP olub. “Fikir verin, bir il öncə Nardaranda klerikalların xaricdən təşkil edilən üsyanı da Əli Kərimlinin patiyasından olan bəzi yalançı liberallar tərəfindən dəstəkləndi! Sosial şəbəkələrdə və aztirajli vərəqələrdə Hacı Talehin şiə ekstermistlərinin mərd lider obrazını kim təbliğ etməyə başladı? Əli Kərimli! Dövlət hakimiyyətinə qarşı silah qaldıran ekstremistlərin ilk sıralarında kim idi? Əli Kərimlinin müavini!”, - deyə nəşrlər qeyd edirlər.
Nəşrlərdə bildirilir ki, Ə.Kərimlinin tərəfdarları F.Güləni dəstəkləyən Türkiyə mətbuatının nümayəndələri ilə əlaqələr qurublar.
“Türkiyədə araşdırma nəticəsində məlum olub ki, Əli Kərimli “gülənyönümlü” “Kurultay” qəzetinin baş redaktoru Aydın Taş ilə xüsusi əlaqələr qurub. Demək olar ki, bu qəzetin hər sayında Heydər Əliyev və hazırki prezident İlham Əliyevə qarşı iyrənc məqalələr yer alır. Məqalələrin sifarişli xarakter daşıdığı göz qabağındadır. Hədəfdə həm Ərdoğan, həm də Əliyev olub. Həmin məqalələrin əksəriyyətinin müəllifi Türkiyə xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Türqut Ərdir. Həmin qəzetdə Türkiyədə yaşayan azərbaycanlı jirnalist Qənimət Zahid Azərbaycanda Konstitusiya rejiminin devrilməsi ilə bağlı çağırışlarla çıxış edib. Əli Kərimliyə də həmin qəzetdə daima söz verilir. Və yenidən Azərbaycanda hakimiyyətin devrilməsi çağırışlarına yer verilir”, - deyə KİV qeyd edir.
“Məhz Ə.Kərimlinin Fətullah Gülənin Azərbaycandakı rezidenti rolunu icra etdiyinə dair Türkiyə hüquq-mühafizə orqanlarında hələ 2014-cü ildə hakim partiyada “nurçular” fraksiyası dağıdılandan sonra şübhələr yarandı. Etibarlı mənbələrin məlumatına görə, istintaq Kərimli ilə Gülənin maliyyə piramidasının rəhbəri olan Murad Kılıçlı arasında sıx əlaqələrinin izinə düşdü. Həmin mənbələrin iddialarına əsasən, Ə.Kərimli M.Kılıçlı vasitəsilə Türkiyədən maliyyə əldə edib”, - deyə məlumatda bildirilir.
Bununla yanaşı, nəşrlər qeyd edirlər ki, qiyamçıların məğlubiyyətinə əmin olandan sonra, cinayət məsuliyyətindən çəkinərək, Ə.Kərimli Türkiyədə Konstitusiya rejimi bərpa olunduqdan sonra əks təbliğat kampaniyasına start verdi, qanuni hakimiyəti dəstkləməyə başladı. Lakin, o cümlədən AXCP-nin tərəfdaşları olan “gülənçi” şəbəkənin Bakıdakı fəalları, xüsusilə, Natiq Ədilov, Qənimət Zahid, Mahmud Şərifov, Rəşid Cəfərov, Vüqar Niftəliyev və Ə.Kərimlinin digər silahdaşları, Türkiyədə “Gülən” şəbəkəsinin dağıdılmasını tənqid edərək, miqyaslı təbliğat işində iştiraklarını davam etdirərək, moizəçini dəstəkəyiblər.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət