Azərbaycan Konstitusiyaya dəyişikliklərin daxil olunamsına dair referendumun keçirilməsi üzrə hazırlıq işlərini yaxşı aparıb. Bu barədə Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov bəyan edib.
“Referenduma hazırlığı çox yüksək səviyyədə qiymətləndirmək olar. Tam aydındır ki, Azərbaycan öz xalqının yüksək səviyyədə iradəsinin bildirməsinə hazırdır”, - deyə İ.Umaxanov “İnrerfaks-Azərbaycan” agentliyinə bildirib.
O vurğulayıb ki, Azərbaycan Avropa Şurası və bir sıra digər beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunan demokratiyanın ən yüksək standartları, demokratik prosedurlara riayət edir. “Əsas məsələ ondan ibarətdir ki, vətəndaşların konstitusiya hüququndan istifadə etməsi üçün hər cür şərait yaradılıb”, - deyə İ.Umaxanov bildirib.
Azərbaycan Konstitusiyasına daxil edilən düzəlişlərə toxunaraq o vurğulayıb ki, Qərb təklif olunan 29 dəyişiklikdən prezident idarəçiliyinin uzadılmasına diqqət yetirir. “Düzəlişlərin bəziləri şəxsləndirilmiş-assosiativ xarakter daşıyır. Qərb həmkarlarımız hansısa səbəbdən prezident səlahiyyətlərinin icrasının 7 ilə qədər uzadılması məsələsinə diqqəti yönəldiblər”, - deyə İ.Umaxanov qeyd edib.
“Azərbaycan prezidenti İlham Əliyevlə bu barədə söhbət etmişik. O cümlədən, MDB ölkələri, keçmiş İttifaq respublikaları yeni yanaşma, demokratik inkişafın tam yeni normalarını nümayiş edirlər. Bu mənada Azərbaycan prezidenti və xalqı postsovet məkanında dövlət quruculuğunun yeni elementlərinin irəli sürülməsi məsələsində liderdir”, - deyə İ.Umaxanov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasına dəyişikliklərin daxil edilməsi cəmiyyətin inkişafı və demokratikləşməsi ilə bağlı ciddi problemə diqqəti yönəlməyə əsas verir. “Bütün bunların dünyada müstəqil dövlətlərin suveren işlərinə bir sıra ölkələrin həyasız və ədəbsiz şəkildə müdaxilə fonunda baş verməsinin şahidi oluruq”, - deyə İ.Umaxanov bildirib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət