MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları Birlik məkanında terrorçuluğa qarşı ümumi səylə mübarizə aparacaqlar. Bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru AleksandrBortnikov bəyan edib.
“MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları Birlik məkanında sülh və əmin-amanlıq üçün ümumi səylər göstərəcək, bir-birini hərtərəfli dəstəkləyəcəklər”, - deyə A.Bortnikov Azərbaycan prezidenti İlham Əliyevin MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşündə bəyan edib.
O, ümidvar olduğunu diqqətə çatdırdı ki, Bakıda keçirilən iclas perspektivdə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi baxımından faydalı və səmərəli olacaq.
A.Bortnikov Birlik ölkələrinin sərhədləri ətrafında yaranmış mürəkkəb vəziyyətə toxunaraq xüsusi qeyd etdi ki, təhlükələr ilk növbədə terrorizmlə bağlıdır.
O bildirib ki, dünya birliyinin səylərinə baxmayaraq vəziyyət dəyişmir və mürəkkəb olaraq qalmaqda davam edir. Şuranın sədri qabaqlayıcı iş aparmağın, informasiya mübadiləsinin, təhdidlərə vaxtında reaksiya verilməsinin zəruriliyini vurğulayaraq bildirdi ki, sabahkı iclasda müzakirə ediləcək əsas problem bizim ölkələrə qarşı kənardan yaranan təhlükələrin qiymətləndirilməsi və onlara qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması olacaq.
“Biz baş verən prosesləri fəal izləməyə diqqət yetirəcəyik, çünki özlüyündə konfessiyalararası münasibətlərin xarakteri son nəticədə cəmiyyətdə vəziyyətin sağlamlaşmasına təsir göstərir”, - deyə A.Bortnikov bildirib.
O həmçinin radikalizmə, mütəşəkkil cinayətkarlığa, ekstremizmə qarşı mübarizənin də vacibliyini qeyd edərək vurğuladı ki, MDB-nin üzvü olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının əməkdaşlığı təhdidlərə qarşı səmərəli mübarizə aparmağa və konkret həllər hazırlamağa kömək edir.
“Güman edirəm ki, Təhlükəsizlik Orqanları Rəhbərləri Şurasında yaranmış və mövcud münasibətlərin xarakteri bizim sələflərimiz tərəfindən əsası qoyulmuş ənənələri dəstəkləməyə kömək edir, toplanmış təcrübəni reallaşdırmağa, xüsusi xidmətlərdən hər birinin malik olduğu bilik və vərdişləri təkmilləşdirməyə çalışmaq imkanı verir”, - deyə o əlavə edib.
A.Bortnikov həmçinin Azərbaycan Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi ilə bağlı referendumun uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib. “Hesab edirəm ki, vətəndaşlar öz iradəsini bu şəkildə ifadə etməklə ölkə rəhbərliyini dəstəkləyir və gələcəyə yol seçir”, - deyə o vurğulayıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət