Azərbaycan prezidenti İlham Əliyev təəssüflə qeyd edir ki, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunan torpaqlarından çıxarılmasına dair BMT-nin qətnamələri icra edilmir.
“BMT-nin həm Baş Məclisi, həm də Təhlükəsizlik Şurası dəfələrlə qətnamələr qəbul ediblər. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər bu qətnamələr icra edilmir”, - deyə prezident İ.Əliyev şənbə günü Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro ilə mətbuata bəyanatlarla çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı əsasında həll olunmalıdır.
İ.Əliyev əlavə edib ki, Azərbaycan və Venesuela prezidentlıəri arasında imzalanan Birgə Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müddəalar xüsusilə qeyd olunub.
İ.Əliyev bu ədalətli mövqeyə görə N.Maduroya minnətdarlığını bildirib.
O vurğulayıb ki, bütün beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının işğalı faktını tanıyır və münaqişənin ölkəmizin ərazi bütövlüyü əsasında həllini tələb edir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət