Həştərxanda Azərbaycan işgüzar mərkəzi inşa olunacaq. Bu barədə Rusiyanın Həştərxan vilayətinin rəsmi saytında məlumat verilir.
"Yeni çoxfunksiyalı biznes-mərkəzin Bakı küçəsində yerləşəcəyi nəzərdə tutulur. Mərkəz vilayətdə Azərbaycan məhsullarının daim təqdim olunacağı sərgi meydançası, eləcə də ikitərəfli Rusiya-Azərbaycan tədbirlərinin keçiriləcəyi yer olmalıdır", - deyə məlumatda qeyd olunur.
Mərkəzin yaradılmasına dair saziş Bakıda VII Azərbaycan-Rusiya regionlararası forumu çərçivəsində imzalanıb. Onun tikintisi üzrə əməkdaşlıq haqqında sazişi Həştərxan vilayətinin vitse-qubernatoru Konstantin Markelov və Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyev imzalayıblar.
Saziş imzalandıqdan sonra K.Markelov və A.Fərzəliyevin rayon administrasiyasında keçirdikləri işgüzar görüşdə tərəflər tezliklə Həştərxanda Azərbaycan işgüzar mərkəzinin yaradılması niyyətlərini bir daha ifadə ediblər, o cümlədən bir sıra digər aktual məsələləri müzakirə ediblər.
«Mən, ilk növbədə Azərbaycan nümayəndə heyətini gələn il Həştərxan vilayətinə dəvət etmək istəyirəm. Xüsusilə birgə həyata keçirilən bütün layihələrə görə minnətdarlığımı bildirirəm. Hazırda işgüzar mərkəzin açılması planlaşdırılır, bu, münasibətlərimizdə yeni səhifədir, daha əvvəl isə Heydər Əliyev bağı, uşaq əyləncə şəhərciyi, Azərbaycan və Rusiya Dostluq körpüsü salınıb, Müqəddəs Knyaz Vladimirin şərəfinə abidə ucaldılıb, Heydər Əliyev adına məktəb yenidən qurulub. Bakıda isə Xalqlar dostluğu parkı açılıb”, - deyə məlumatda K.Markelova istinadən bildirilir.
Onun sözlərinə görə, dəniz turizminin inkişaf etdirilməsi ilə bağlı planlar da var. "Bu yaxınlarda Həştərxan vilayətində yeni kruiz laynerinin təməli qoyulub. Biz çox istərdik ki, layner inşa olunduqdan sonra Xəzərdə qalsın və dəniz şəhərlərinə kruizlər təşkil olunsun. Tikintinin başa çatmasına 3 il qalıb və bu müddət ərzində biz turizm marşrutu hazırlamalıyıq", – deyə vitse-qubernator vurğulayıb.
«Biz də Xəzərdə kruiz laynerinin olmasında maraqlıyıq və bizdən tələb olunan hər şeyi edəcəyik», - deyə A.Fərzəliyev qeyd edib.*
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
Səfirliyə arayışı Yelo App-dən rahatlıqla sifariş et
AccessBank Azərbaycanda qadın sahibkarlığının inkişafına aktiv dəstək tədbirlərini davam etdirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət