Müdafiə naziri general-polkovnikZakir Həsənov və Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kerversin görüşündə hərbi sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə həm ikitərəfli, həm də NATO çərçivəsində Azərbaycan ilə Niderland arasında əməkdaşlıq, beynəlxalq terrorizmə qarşı birgə mübarizə, eləcə də hərbi təhsil, treninq, təcrübə mübadiləsi və digər istiqamətlər üzrə tərəfdaşlıq məsələləri barədə geniş fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.
Tərəflər həmçinin əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə müzakirə aparıblar.
Həm ikitərəfli, həm də NATO çərçivəsində hərbi sahədə ölkələrimiz arasında əlaqələri yüksək qiymətləndirən səfir O.Kervers Əfqanıstanda həyata keçirilən missiya tərkibində Azərbaycan sülhməramlılarının beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə və ümumilikdə uğurlu əməkdaşlığa görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
“NATO-nun Varşavada şəhərində keçirilən son sammitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Alyansın mövqeyini xatırladan səfir vurğulayıb ki, Niderland da NATO və digər beynəlxalq qurumlar kimi Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir”, - deyə məlumatda vurğulanır.
Səfir Azərbaycanla Niderlandarasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb və əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət