Rəsmi Bakının xarici siyasət prioritetləri sırasına Latın Amerikası ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi daxildir. Bu barədə xarici işlər naziriElmar Məmmədyarov bəyan edib.
“Azərbaycanın xarici siyasət prioritetləri sırasına Latın Amerikası ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi də daxildir”, - deyə E.Məmmədyarov İspaniyanın EFE agentliyinə müsahibəsində deyib.
“Son illər ərzində Azərbaycan və Latın Amerikası ölkələri qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və dərinləşdirilməsi üçün əsaslı səylər göstərirlər”, - deyə nazir əlavə edib.
E.Məmmədyarov həmçinin Bakının Avropa İttifaqı, o cümlədən İspaniya ilə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, son illər ərzində Bakı ilə Madrid arasında pozitiv dialoqun inkişafı və əlaqələrin gücləndiyi müşahidə olunur. “Bu, potensialın və ikitərəfli əlaqələrin inkişafında son hədd deyil”, - deyə o vurğulayıb.
Nazir əlavə edib ki, Aİ ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Sazişin 20 illiyi və Aİ və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun 10 illiyi qeyd edildi.
“Son iki onillik ərzində Aİ ilə əlaqələr müxtəlif mərhələlərdən keçib və qarşılıqlı maraq doğuran sahələrdə daha yaxın və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı ilə nəticələnib”, - deyə E.Məmmədyarov qeyd edib.
E. Məmmədyarov Aİ ilə enerji sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycan qazının ixracını nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsi üzərində işin aparıldığını diqqətə çatdırıb, bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və enerji təminatının diversifikasiya olunmasında mühüm amil olduğunu vurğulayıb. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət