Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin cəbhəboyu zonada yerləşən üç hərbi hissəsinin ərazisində yeni istifadəyə verilmiş yaşayış komplekslərinin açılışında iştirak edib. Bu barədə nazirlikdən məlumat verilib.
“Müdafiə Nazirliyinin rəhbərliyi ərazilərdəki hava hücumundan müdafiə bölmələrinin döyüş texnika və vasitələrinə, eləcə də yeni istifadəyə verilən qərargahlar, əsgər yataqxanaları, yeməkxanalar, qazanxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlara baxış keçirib”, - deyə məlumatda deyilir.
Məruzə olunub ki, yaradılan şərait şəxsi heyətin gündəlik xidmətinin təşkilinə effektiv təsir göstərəcək, habelə hava məkanımızın daha etibarlı qorunması məqsədilə döyüş hazırlığı və döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılmasını təmin edəcək.
“Hərbi hissələrin komandir və şəxsi heyəti ilə görüşən nazir müvafiq tapşırıqlar verib”, - deyə məlumatda qeyd olunur. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət