İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏT GF) sədri Elşad İskəndərov 3 sentyabr - Gənclik Gününün təsis edilməsi təklifi ilə çıxış edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Gənclər Forumundan məlumat verilib.
Təklif E.İskəndərovun Səudiyyə Ərəbistanının Ciddə şəhərində İƏT qurumlarının illik Əlaqələndirmə İclası çərçivəsində İƏT-in yeni seçilmiş baş katibi Yusif Əl-Useymin ilə görüşü zamanı səsləndirilib.
«Forumun yaradılması və inkişafında Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın himayə və təşəbbüsləri haqqında İƏT baş katibini məlumatlandıran Forumun sədri belə bir gün üçün hər iki liderin iştirakı ilə Gənclər Forumunun 2006-cı ildə İstanbulda gerçəkləşdirilmiş açılış mərasimi tarixinin - 3 sentyabrın seçilməsini təklif edib”, - deyə məlumatda bildirilir.
Təklifi məmnuniyyətlə qəbul edən Y.Useymin Azərbaycan prezidentinin İƏT çərçivəsində təşəbbüsü və quruma dəstəyini yüksək qiymətləndirib.
“O, ən yaxın zamanda Azərbaycana səfər etmək niyyətini ifadə edib”, - deyə məlumatda vurğulanır.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət