Bakı Avropa İttifaqı (Aİ) ilə strateji tərəfdaşlıq müqaviləsi üzrə danışıqların tezliklə başlayacağına ümid edir. Bunu Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov "Euractiv" portalına müsahibəsində deyib.
“Azərbaycan Şərq Tərəfdaşlığı çərçivəsində enerji, təhlükəsizlik, miqrasiyanın idarə olunması və digər sahələrdə Avropa İttifaqının real tərəfdaşına çevriləcək”, - deyə o bildirib.
Səfirin sözlərinə görə, Bakı Aİ ilə strateji və bərabərhüquqlu əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
“Bu əməkdaşlıqdan heç bir möcüzə gözləmirik, buna çox praqmatik baxışımız var. Bu siyasi dialoqun bütün elementləri çox möhkəm bazaya əsaslanmalıdır”, - deyə F.İsgəndərov vurğulayıb.
O, Cənub Qaz dəhlizinin Aİ və Bakı arasında əməkdaşlığın möhkəmləndirilməsindəki xüsusi rolunu qeyd edib.
Səfir əlavə edib ki, Azərbaycan coğrafi nöqteyi-nəzərdən Asiya və Avropa arasında nəqliyyat mərkəzidir.
“Bu baxımdan biz siyasi dialoq üçün çox möhkəm bazaya malikik. Bu proseslərin sinxronlaşdırılmasını vacib sayıram, bununla əlaqədar avropalı tərəfdaşlarımıza Azərbaycanla danışıqların aparılması üçün mandatın verilməsi sevindiricidir. Danışıqlar çətin ola bilər, amma nəticələrin yaxın aylarda məlum olacağına əminəm”, - deyə F.İsgəndərov bildirib.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət