Rəsmi Bakı Ermənistan tərəfindən Azərbaycanın işğal olunan ərazilərinə dair BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsi ilə bağlı narahatlıq ifadə edib.
“BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinin Ermənistan tərəfindən icra edilməməsi Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə, həmçinin beynəlxalq və regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır”, - deyə Xarici İşlər Nazirliyinin Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsi və bunun Minsk prosesinə təsiri haqqında yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyib, Dağlıq Qarabağ region onun bir hissəsi olmaqla, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bir daha təsdiq edib və xüsusilə beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipini və güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyini bir daha vurğulayaraq işğalçı Ermənistan qoşunlarının Azərbaycan işğal altında olan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.
“Beləliklə, Azərbaycanın sülh danışıqlarında iştirak etməsində başlıca məqsəd işğalçı Ermənistan qoşunlarının Azərbaycan Dağlıq Qarabağ və digər işğal altında olan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının təmin edilməsidir. Sülh Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü bərpa etməlidir”, - deyə bəyanatda vurğulanır.
Sənəddə deyilir ki, Minsk Qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurası tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrasına qayıtmalı və bu əsasda hər iki tərəfi substantiv nəticə yönümlü danışıqlara cəlb etməlidir.
“Son zamanlar Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həllinin olmaması barədə bir çox bəyanatlar yayılıb. Biz də buna inanmaq istərdik. Sülh prosesinin bu istiqamətə yönəlməsi sual doğurur. BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilmiş əsas elementlərə əsaslanırmı? Danışıqlar prosesində irəliləyişə nail olmağa maneə törədən nədir və ATƏT iştirakçı dövlətləri ümumiyyətlə sülh məsələsində maraqlıdırlarmı? Əgər cavab müsbətdirsə, o halda nə üçün münaqişənin hərbi yolla həllini görməyənlər sülhün əldə edilməsinə olan maneələrin aradan qaldırlması ilə bağlı Azərbaycan tərəfinin müraciətlərinə məhəl qoymamaqda davam edirlər?”, - deyə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi qeyd edir.
Rəsmi Bakı bəyan edir ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını möhkəmləndirməklə gücdən istifadə etməmək prinsipini kobud şəkildə pozur. “Yüz minlərlə Azərbaycanlı məcburi köçkünün Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş 7 rayonundakı öz doğma yurd-yuvasına geri dönməsinə imkan vermir, işğal olunmuş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişməyə yönəlik davamlı səylər göstərir, onların Azərbaycana aid mədəni və tarixi köklərinin əlamətlərini yox edir və öz mənfəəti üçün bu ərazilərdə istisamar işi ilə məşğul olur və oranın sərvətlərini talayır”, - deyə sənəddə bildirilir.
Bəyanatda qeyd olunur ki, ATƏT Ermənistanın belə davranışlarından narahatçılıq ifadə edib. “buna görə də münaqişənin həlli kontekstində gücdən istifadə etməmək haqqında danışanlar ilk növbədə Azərbaycan ərazilərinin hərbi işğalı amilini aradan qaldırmalıdır. Əgər onlar Ermənistan qoşunlarının işğal olunmuş ərazilərindən çıxarılmasına və sülh prosesinə təhdid yaradan digər çoxsaylı çağırışların həllinə qadir deyillərsə, Azərbaycanın öz torpaqlarını müdafiə etmək və istənilən vasitə ilə öz vətəndaşlarını qorumaq hüququ var. Əgər sülh prosesi status kvonu dəyişməkdə uğursuzluğa düçar olarsa, BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb edildiyi kimi bizim status-kvonu dəyişmək hüququmuz var”, - deyə sənəddə qeyd edilir.
Bəyanatda deyilir ki, gücdən istifadənin nəticəsində meydana çıxan və işğala əsaslanan status-kvo BMT Təhlükəsizlik Şurası tərəfindən qanunsuz təsbit edildiyi səbəbindən münaqişənin həlli üçün əsas hesab edilə bilməz. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət