190 ailə ötən ilin aprel döyüşlərindən sonra yaşamaq üçün təhlükəsiz olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıtmaq istədiyini bildirib. Bunu Azərbaycan Televiziyasına müsahibəsində baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
«Cocuq Mərcanlıda yaşamaq imkanının olduğunu bilən həmin kəndin sakinləri – vaxtilə kənddə yaşayan 400 ailədən artıq 190-ı doğma yerlərinə köçmək istədikləri barədə ərizə ilə müraciət ediblər», - deyə o bildirib.
Ə.Həsənov qeyd edib ki, ötən ilin aprel döyüşləri Azərbaycan tarixində çox böyük bir hadisədir: "Bu döyüşlər zamanı iki yüksəklik geri qaytarıldı, 10 min hektarlarla ərazi azad olundu. Hazırda o ərazilərdə minalardan təmizlənmə işləri aparılır. Aprel döyüşlərinədək Lələ Təpə işğal altında idi, lakin Cəbrayıl rayonunun bir kəndi – Cocuq Mərcanlı kəndi ulu öndər Heydər Əliyevin Ali Baş Komandan kimi 1993-cü ildə apardığı Horadiz əməliyyatı zamanı azad edilmişdi. Amma o ərazi Lələ Təpədən istənilən an vurula bilərdi. Ona görə də orada yaşayış təmin olunmamışdı. Ötən ilin aprelində Lələ Təpə azad ediləndən sonra o kənddə yaşamaq imkanı yarandı, təhlükə sovuşdu. Hazırda bizim ordu oradan xeyli irəlidədir, yəni Cəbrayıl tərəfə”.
Onun sözlərinə görə, kənd sakinlərinin istəyi barədə prezidentə məlumat verilib və dövlət başçısı sərəncam imzalayıb, 4 milyon manat vəsait ayırıb. O vəsait həmin kənddə ilk 50 fərdi yaşayış evinin və bir məktəb binasının tikintisinə yönəlib.
Baş nazirin müavini qeyd edib ki, tez bir zamanda yaşayış evləri və məktəb binasının tikintisinə başlanacaq.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət