Dünya birliyi Ermənistanı beynəlxalq hüquq normalarına hörmətə və Azərbaycan barəsində yürütdüyü işğalçı və təcavüzkar siyasətdən imtina etməyə çağırmalıdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bəyan edib.
“Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində heç bir qondarma “referendum”, heç bir siyasi fəaliyyət barədə söhbət ola bilməz. Bu gün, cinayətkar Ermənistan rəhbərliyi qondarma “referendum” keçirərkən dünya birliyi İrəvanı beynəlhaq hüquqa hörmət etməyə çağırmaldıır”, - deyə parlamentari Azərbaycanın Dağlıq Qarabağ regionunda qondarma rejimin təşkil etdiyi “referendum”u şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu “referendum” beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.
“Həmin “referendum”un keçirilməsi Ermənistan tərəfinin beynəlxalq qanunlarına hörmət etmədiyini bir daha nümayiş etdirir. Dünyanın heç bir ölkəsi, Ermənistanın özü də daxil olmaqla, Dağlıq Qarabağın müstəqilliyi tanımayıb. Byu gün bütün dünya bilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və uzun illərdir işğal altındadır”, - deyə S.Fətəliyeva qeyd edib.
O, bir daha vurğulayıb ki, müxtəlif təşkilatlar Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını tənqid edən qərar və qətnamələr qəbul ediblər.
“Hər kəs bu torpaqda ermənilər tərəfindən nə qədər günahsız azərbaycanlının qanının töküldüyünü yaxşı bilir. İşğal dövründə hanslı özbaşınalıqların baş verdiyi barədə məlumatlıdırlar. Bu gün də Ermənistan rəhbərliyində olan həmin kriminal dairələr bu siyasəti davam etdirirlər. Beynəlxalq təşkilatlar mütəmadi olaraq buna dair qətnamələr qəbul edərkən, dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını qeyd edirlər”, - deyə S.Fətəliyeva bildirib.
“Dağlıq Qarabağda təşkil olunan qondarma “referendum”un heç bir hüquqi qüvvəsi olmayacaq. Onu keçirən separatçıların ağlı yoxdur”, - deyə Mili Məclisin deputatı, Azərbaycan SosialDemokratPartiyasının sədri Araz Əlizadə qeyd edib.
Onun sözlərinə görə, Dağlıq Qarabağın separatçı rejimi bununla bütün dünyaya mövcudluğunu xatırlatmağa çalışır.
“Onlar hər kəsə, xüsusilə kiifayət dərəcədə bezdirdikləri xarici sponsorlarına öz mövcudluqlarını nümayiş etdirmək istəyirlər. Diaspora artıq onları dəstəkləmir, onlardan yorulublar, bu dibsiz çəlləkə bənzəyir - bütün pullar oğurlanır, bəzi məmurların ciblərinə gedir”, - deyə A.Əlizadə vurğulayıb. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət