2017-ci ildə Azərbaycanda daha iki növ pilotsuz uçuş aparatının istehsalının təşkili planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Qısa müddət ərzində yaradılmış “Zərbə” pilotsuz uçuş aparatının sınaqları uğurla başa çatdırılıb və istehsalına başlanılıb. 2017-ci ildə daha 2 növ pilotsuz uçuş aparatının istehsalının təşkili planlaşdırılır”, - deyə məlumatda bildirilir.
2016-cı ildə bağlanmış müqavilələr üzrə güc strukturlarına təhvil verilmiş məmulatlardan müxtəlif çaplı minaatanlar və onlar üçün atəş yığımlarını, 5,45 mm-lik avtomatı, 7,62 mm-lik universal pulemyotu, xüsusi təyinatlı snayper tüfəngini, “Matador” və “Marauder” tipli zirehli transportyorları, 30 mm-lik avtomatik qumbaraatan kompleksini, ZU-23-2 zenit qurğusu üçün nişangahı, müxtəlif çaplı patronları, PG-7V tipli qumbaranı, təlim üçün aviasiya bombalarını, 2 növ “Orbiter” tipli pilotsuz uçuş aparatlarını və s. göstərmək olar.
“2016-cı ildə müdafiə sənayesi üzrə məhsul istehsalının ümumi həcmi 272,6 mln. manat təşkil edib və proqnoza 100,2% əməl edilib. Ümumi məhsul istehsalının həcmi 2010-cu ilə nisbətən 3 dəfə artıb”, - deyə məlumatda bildirilir.
Ötən il müdafiə təyinatlı məhsullar (ümumi dəyər 233,4 mln. manat) ümumi məhsul istehsalının 85,6%-ni, mülki təyinatlı məhsullar (ümumi dəyər 39,2 mln. manat) ümumi istehsalın 14,4%-ni təşkil edib. Müdafiə təyinatlı məmulatların istehsal həcmində 2015-ci illə müqayisədə 1,8 dəfə artım olub.
Hesabat ilində bağlanmış müqavilələr üzrə 156 mln. 397,7 min manat məbləğində müxtəlif müdafiə təyinatlı məmulatlar istehsal edilib.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət