Martın 27-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın 25 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə, təşkilatın Şura, 46-cı plenar və daimi komissiyalarının iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edib. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
MDB PA-nın Şura iclasında təşkilatın 25 illiyi ilə əlaqədar Bəyanat qəbul olunacağı gözlənilir. Şura üzvlərinin təşəbbüsü ilə “Beynəlxalq Parlamentarizm Günü”nün təsis edilməsi, təşkilata üzv ölkələrdə keçirilmiş referendum və seçkilərin nəticələri, Parlament Assambleyasının ötən ilki fəaliyyətinin qiymətləndirilməsi və digər məsələlər müzakirə olunacaq.
Plenar iclasda 10-dan çox model qanunlar nəzərdən keçiriləcək.
“Səfər çərçivəsində O.Əsədovun nümayəndə heyəti rəhbərlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da dərinləşdirilməsi, MDB PA-nın gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparılacaq”, - deyə məlumatda bildirilir.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət