Azərbaycanın müxtəlif bölgələrində müasir penitensiar müəssisələr inşa olunur. Bu barədə ədliyyə naziri Fikrət Məmmədov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində məlumat verib.
“Təqsirləndirilən şəxslərin və məhkumların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri məqsədilə bölgələrdə penitensiar infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülüb. Hazırda Gəncə və Lənkəran şəhərlərində, habelə Bakının Zabrat qəsəbəsində qadın və yetkinlik yaşına çatmayan, Umbakıda isə ömürlük azadlıqdan məhrum edilmiş məhkumların saxlanılması üçün belə müəssisələrin tikintisi aparılır”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, son illər ərzində Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir penitensiar komplekslər inşa olunaraq istifadəyə verilib.
F.Məmmədov, həmçinin məhbusların fiziki vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərə də toxunub. “Son illər məhkumlara göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülüb. Təsadüfi deyil ki, son 20 ildə məhkumlar arasında ölüm halları xeyli, vərəmdən ölüm isə 100 dəfə azalıb”, - deyə o vurğulayıb.
Ədliyyə naziri əlavə edib ki, Avropa İttifaqı ilə Ədliyyə Nazirliyinin birgə həyata keçirdiyi "Ədliyyə sahəsində islahatlara dəstək" Proqramı çərçivəsində məhkumların əməyə daha geniş cəlb edilməsinə xüsusi diqqət ayrılıb.
“Layihə çərçivəsində artıq bir sıra cəzaçəkmə müəssisələrində yeni istehsalat sahələri yaradılıb, bəzi mövcud istehsalat və fərdi əmək sahələri dəzgah və alətlərlə yenilənib, müxtəlif avadanlıq alınaraq müəssisələrə verilib. Nəticədə 2016-cı il ərzində cəzaçəkmə müəssisələrində əməyə cəlb olunanların sayı artaraq 5400-ü ötüb. Bir müddət əvvəl isə ictimaiyyət nümayəndələrini, habelə iş adamlarını cəlb etməklə məhkumların istehsal etdikləri məhsullar, onların əl işləri ilə bağlı sərgilər təşkil olunub”, - deyə F.Məmmədov bildirib.*
Müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış ola bilərsiniz.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət