Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi təhlükəsi ilə əlaqədar narahatlıqlarını ifadə ediblər. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinin parlament müxbiri xəbər verir.
Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun sədri Əli Hüseynli bu məsələ ilə bağlı Rusiya Federasiyasının Ali Məhkəməsinə və Ədliyyə Nazirliyinin ünvanına rəsmi müraciətin göndərilməsi təklifi ilə çıxış edib.
"Ali Məhkəmənin nümayəndələri belə məsələlərin bir neçə həll variantını nəzərdə tutan Rusiya qanunvericiliyinə yenə də müraciət etməlidirlər. Hər hansı təşkilatın ləğvi son addımdır. Bu məsələyə Azərbaycan-Rusiya münasibətləri nöqteyi-nəzərindən baxmaq lazımdır", - deyə Ə.Hüseynli vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Rus İcmasının da sənədləşmə ilə bağlı müəyyən problemləri var, ancaq Azərbaycan Ədliyyə Nazirliyi onun bağlanması üçün heç bir tədbir görmür. "Ümid edirəm ki, sağlam düşüncə üstün gələcək və Rusiya Federasiyası Ali Məhkəməsi Ədliyyə Nazirliyinin xahişini təmin etməyəcək", - deyə komitə sədri bildirib.
Parlamentin spikeri Oqtay Əsədov, öz növbəsində, Azərbaycan Rus İcmasının rəhbəri, deputat Mixail Zabelinə sözügedən məsələ ilə bağlı Rusiyanın Ədliyyə Nazirliyinə müraciət etməyi təklif edib. "Rusiya Ədliyyə Nazirliyinə məktub yazın ki, Azərbaycana qarşı qərəzli münasibət olmasın. Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır", - deyə O.Əsədov vurğulayıb.
M.Zabelin qeyd edib ki, Rus İcması ÜAK-ın ləğv edilməsinə qarşı çıxır. "Azərbaycanda rus dili və mədəniyyətinin inkişafına hərtərəfli dəstək göstərilir. Bu, Azərbaycan cəmiyyətinin həyat tərzidir", - deyə o əlavə edib.
"Hesab edirəm ki, müəyyən qüvvələr bununla Azərbaycan-Rusiya əməkdaşlığına böyük ziyan vurmağa çalışırlar", - deyə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
Onun sözlərinə görə, ÜAK həmişə Rusiya hökumətinin siyasətini dəstəkləyib. "Azərbaycan ona göstərilən təzyiqə baxmayaraq, hər zaman Qərbin Rusiyaya qarşı sanksiya tətbiq etməsinə qarşı çıxıb", - deyə S.Novruzov vurğulayıb. Onun sözlərinə görə, konqresin bağlanma təhlükəsi Azərbaycan vətəndaşlarının ciddi narahatlığına səbəb olur.
"Azərbaycan-Rusiya münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan Rusiyanın Türkiyə və İranla münasibətlərində mühüm rol oynayır", - deyə S.Novruzov qeyd edib.
Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib. Ədliyyə Nazirliyində hesab edirlər ki, ÜAK fəaliyyətində Rusiya Federasiyasının mövcud qanunvericiliyini pozub: Rusiya Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən nəzarət-təftiş tədbirləri zamanı ÜAK-ın Rusiya qanunvericiliyini, eləcə də öz nizamnaməsinin müddəalarını pozduğu aşkarlanıb. Nazirlik “İctimai Təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Təşkilat pozuntuları aradan qaldırmadığına görə bu il martın 9-da Ədliyyə Nazirliyi Ali Məhkəməyə təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün müraciət edib.
Rusiya Ali Məhkəməsinin qərarına əsasən, müvafiq məhkəmə işinə aprelin 11-də baxılacaq.
Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət