Dünya erməniliyi qondarma “soyqırım” pərdəsi altında əsrlər boyu yürütdüyü türk dünyasının nümayəndələrinin kütləvi məhv edilməsi siyasətini beynəlxalq birlikdən gizlətməyə çalışır. Bu barədə Türkiyənin “Tələt Paşa” Komitəsinin sədri Ali Erdinç bəyan edib.
“Dünya erməniliyi 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələr barədə mifi yaymaq cəhdlərini davam etdirir. O zamanlar erməni millətçiləri nəinki Türkiyə və Azərbaycanda, həm də Özbəkistanda türk əhalisinə qarşı soyqırım siyasəti həyata keçiriblər”, - deyə A.Erdinç “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda beynəlxalq elmi-praktiki konfransda bildirib.
O qeyd edib ki, dünyada aparılan qondarma “erməni soyqırımı”nın təbliğatı məhz on minlərlə türk və azərbaycanlıların məhv edilməsi ilə bağlı real tarixi faktların gizlədilməsinə yönəlib.
“24 aprel 1915-ci ildə baş verən hadisələr ərəfəsində ermənilər Osmanlı imperiyasında on minlərlə dinc türkü qırıblar, 31 mart 1918-ci il tarixində Azərbaycanda on minlərlə azərbaycanlını məhv ediblər. Ermənilərin yürütdüyü soyqırım siyasəti Özbəkistanın yerli əhalisinə qarşı da həyata keçirilib”, - deyə A.Erdinç vurğulayıb.
Onun sözlərinə görə, 1894-1920-ci illərdə ermənilər on minlərlə türk və azərbaycanlını qırıblar.
“Ermənilər, dünya siyasətində tətbiq olunan ikili standartlarlardan istifadə etməklə, 1915-ci il Osmanlı imperiyasında baş verən hadisələrə dair beynəlxalq birliyi aldatmağa davam edirlər”, - deyə AMEA-nın vitse-prezidenti, parlamentin deputatı İsa Həbibbəyli bəyan edib.
O qeyd edib ki, düzdür, son zamanlar erməni yalançı tarixçilərin və millətçilərin bu cür cəhdləri arzuolunan nəticə vermir.
“Son illər dünya birliyi ermənilərin yaydığı yalana artıq etibar etmir”, - deyə İ.Həbibbəyli vurğulayıb.
O bildirib ki, Azərbaycan erməni yalanı və mifinin ifşa edilməsi istiqamətində səylərini davam etdirəcək. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət