Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda 3,863 min nəfər itkin düşmüş hesab olunur. Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupununrəhbərinin müavini Eldar Səmədov deyib.
"Azərbaycanda 3,863 min vətəndaş Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş hesab olunur”, - deyə o, bu gün jurnalistlərə bildirib.
E.Səmədovun sözlərinə görə, Azərbaycan erməni tərəfinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması üzrə səyləri davam etdirir.
«D.Əsgərov və Ş.Quliyev doğmalarının məzarlarını ziyarət edərkən Dağlıq Qarabağ regionunun separatçı rejimi tərəfindən qanunsuz olaraq saxlanılıblar. “Məhkəmənin qərarı” ilə onlardan biri ömürlük, digəri isə 22 il müddətinə azadlıqdan məhrum edilib”, - deyə işçi qrupununrəhbərinin müavini vurğulayıb.
O, D.Əsgərov və Ş.Quliyevin səhhətində problemlərin olduğunu qeyd edib. «Bu yaxınlarda Dövlət Komissiyası Əsgərov və Quliyevin səhhəti ilə bağlı problemləri beynəlxalq təşkilatlardan biri ilə geniş şəkildə müzakirə edib”, - deyə E.Səmədov əlavə edib.
O vurğulayıb ki, 2017-ci il fevralın 1-də Tərtər rayonunun ermənilərin nəzarəti altında olan ərazisində girov götürülmüş Azərbaycan vətəndaşı Elnur Hüseynzadənin də qaytarılması istiqamətində səylər davam etdirilir. «E.Hüseynzadənin qaytarılması məsələsi də komissiyanın diqqət mərkəzindədir”, - deyə E.Səmədov bildirib.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət