Bakı Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirmək və dərinləşdirmək məqsədilə tədbirlərin reallaşdırılmasına hazırdır. Dövlət başçısının saytında verilən məlumata görə, bunun prezident İlham Əliyev bəyan edib.
“Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının gündəliyində siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji və digər sahələri əhatə edən geniş məsələlər durur. Bakı əlaqələrin daha da genişləndirilməsi üçün səylər göstərməyə hazırdır”, - deyə İ.Əliyev Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han ilə görüşdə bildirib.
Prezident Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların uğurla davam etdirildiyini dedi.
“Azərbaycan İttifaqının etibarlı tərəfdaşıdır və əlaqələrimiz strateji xarakter daşıyır”, - deyə İ.Əliyev ikitərəfli əməkdaşlığın sabitlik və təhlükəsizlik şəraitində davam etdirildiyini diqqətə çatdırdı.
Avropa İttifaqı ilə Azərbaycanın ikitərəfli münasibətlərə təsir göstərə biləcək məsələlərin həlli yollarını müəyyənləşdirməsinin vacibliyini vurğulayan Y.Han əlaqələrimizin gələcəkdə daha da inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olduğunu qeyd etdi.
“Avropa İttifaqı qonşu ölkələrdə sabitliyin mövcud olmasında maraqlıdır və Azərbaycan regionda və daha geniş məkanda bu baxımdan mühüm rol oynayır”, - deyə o vurğulayıb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi, həmçinin enerji və nəqliyyat sahələrində əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət