BMT-nin sabiq baş katibi Pan Gi Mun Azərbaycan-Koreya əlaqələrinin genişləndirilməsi üçün böyük potensial olduğunu qeyd edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə P.G.Mun iki ölkə arasında əlaqələri genişləndirmək üçün böyük potensialın olduğunu, bu xüsusda neft, qaz, nəqliyyat, yüksək texnologiyalar və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və birbaşa uçuşların həyata keçirilməsinin vacibliyini qeyd edib”, - deyə məlumatda bildirilir.
XİN başçısı P.G.Munun Bakıda keçirilən 41-ci Ümumdünya Skaut Konfransında iştirakını yüksək qiymətləndirib.
Tərəflər Bakı ilə Seul arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edib, bu il Azərbaycanla Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini və bu məqsədlə hər iki ölkədə müxtəlif tədbirlərin keçirildiyini vurğulayıblar.
P.G.Mun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətlə maraqlanıb. E.Məmmədyarov danışıqlar prosesinin hazırkı durumu və statusu barəsində qonağı məlumatlandırıb və münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində də əks olunduğu kimi, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb. Həmçinin regional sülhə və təhlükəsizliyə ciddi təhdid olan bu münaqişənin həlli üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal edilən ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb. Nazir Koreya hökumətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini və münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəklədiyinə görə təşəkkür edib.
Görüşdə Koreya yarımadasındakı vəziyyət, dünyadakı münaqişələrin həllində BMT-nin rolunun artırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
R.Babayev
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət