Faşistlərlə əlbir olmuş Qaregin Njdenin Ermənistandakı abidəsinin güllələnməsi göstərdi ki, erməni xalqı ölkədə faşist ideologiyasının zorla yayılmasını qəbul etmir. Bunu “İnterfaks-Azərbaycan”a politoloq Fuad Axundov bildirib.
“Bu, yalnız faşist Njdenin başına yox, həm də faktiki olaraq faşizmi dövlət siyasəti statusuna qaldırmış Ermənistan hakimiyyətinin başına atılan güllələrdir. Bu yerdə Ermənistan prezidenti Sej Sarqsyanın Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımından sonra səsləndirdiyi fikirləri yada salmaq olar. Onun sözlərini olduğu kimi təkrar edirəm: “Azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməz. Bu fikri dağıtmaq lazım idi. Belə də oldu... Bizdə elə alındı ki, müəyyən etnik təmizləmə gedirdi. Başqa cür ola da bilməzdi”, - deyə F.Axundov qeyd edib.
O, Njdenin özünün də XX əsrin əvvəllərində fəal şəkildə etnik təmizləmə siyasəti “toxumu səpdiyi” və onu reallaşdırdığını xatırladıb. Njde də azərbaycanlı əhaliyə qarşı qətliamlar törədir və erməni xalqının müstəsna xalq olduğunu bəyan edirdi.
“O, məhz bu yüzdən Hitlerin sarayına getmişdi. Njdenin ideologiyası faşizm ideyası ilə tam üst-üstə düşürdü. Məhz bu səbəbdən o, Üçüncü reyx iyerarxiyasında fəal şəkildə irəli çəkilmiş, artıq XX əsrin ortalarında etnik təmizləmə siyasətini davam etdirməyə başlamışdı. Artıq XX əsrin sonlarında azərbaycanlılara qarşı soyqırım və etnik təmizləməni Sarqsyan və Koçaryanın başçılığı ilə Njdenin məsləkdaşları davam etidirblər. Odur ki, Ermənistan hökumətinin faşistlərə, Hitlerə xidmət etmiş şəxslərə abidə qoyması, hakim partiyanın isə öz ideologiyası kimi Njde ideologiyasını əsas götürməsi təəccüblü deyil”, - deyə F.Axundov qeyd edib.
Politoloq hesab edir ki, Ermənistann sabiq prezidenti Robert Koçaryan da fərqli ideologiyanın daşıyıcısı olmayıb: “O, ermənilərə azərbaycanlıların genetik baxımdan uyğun gəlmədiklərini açıq şəkildə bildirir, üstəlik bunu Avropa Şurası Parlament Assambleyasının tribunasında bəyan edirdi. Yəni, artıq 20 ildir Ermənistana rəhbərlik edən bu insanlar açıq şəkildə faşizm ideyasının təbliği ilə məşğul olur, azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasətini dəstəkləyir. Məhz bunun nəticəsində Ermənistan müstəqillik qazandıqdan bəri monoetnik dövlətə çevrilib və orda yaşayan əhalinin demək olar ki, 100%-i ermənidir. Halbuki, Ermənistan polietnik regionda yerləşir və onun bütün qonşuları - İran, Türkiyə, Gürcüstan və Azərbaycanda onlarla xalqın nümayəndələri yaşayır”.
Bununla yanaşı, F.Axundov hesab edir ki, ümumilikdə ermənilər Yerevanın insanlara qarşı siyasətinin ölkəni və xaqlı xaosa, məhvə apardığını anlayır.
“Dağlıq Qarabaq münaqişəsinin sülh yolu ilə həllinə də məhz Ermənistan rəhbərliyinin faşist siyasəti mane olur. Serj Sarqsyan Azərbaycan torpaqlarını işğalda saxlamaqla yüzlərlə gənc erməninin yad torpaqlarda ölməsinə yol açır. Halbuki, məsələnin həlli çox asandır - Azərbaycanın işğal edilmiş ərazilərini boşaltmaq və bu erməni uşaqlarının gücünü, biliyini öz dövlətlərinin inkişafına, çiçəklənməsinə yönəltmək kifayətdir. İndi, dünyada bunu dərk edən ermənilərin sayı getdikcə artır və onlar Yerevanın mövcud faşist rejiminə qarşı çıxır”, - deyə F.Axundov qeyd edib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət