Rəsmi Bakı İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətləri Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində bütün növ iqtisadi fəaliyyətin qarşısını almağa çağırır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Mən bütün İƏT-in üzv dövlətlərini Azərbaycanın işğal olunmuş ərazilərindəki rejim və həmin ərazilərdə ticarət, iqtisadi və sərmayə fəaliyyətinə cəlb olunma cəhdlərinin qarşısını almağa çağırıram”, - E.Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Nazirlər Şurasının növbədənkənar iclasında çıxışında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində hər fəaliyyətdən imtina ölkəmizlə əməkdaşlıq üçün mühümdür.
“Təəssüf ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin işğalını davam etdirməklə regional təhlükəsizlik və sabitliyi təhlükə altına atır, həmçinin regional əməkdaşlığa maneə yaradır. Ermənistan digər ölkələri də işğal etdiyi ərazilərdə qanunsuz fəaliyyətə cəlb etməyə çalışır”, - XİN rəhbəri qeyd edib.
E.Məmmədyarov vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan hərbi qüvvələrinin çıxarılması “nəinki Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olmasına xidmət edəcək, həm də tamhüquqlu regional əməkdaşlığı gücləndirəcək". **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət