Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev ABŞ-ın Miçiqan ştatının Senatının Dağlıq Qarabağda yaradılmış qondarma rejimin tanımasına dair qətnaməni gülünc adlandırıb.
Miçiqan ştatının Senatı Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qondarma rejimin tanımasına dair qətnamə qəbul edib. Qətnamə senator Devid Knezek tərəfindən baxılması üçün təqdim olunmuşdu.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlar yolu ilə həllinə və regionda davamlı sülhün təmin olunmasına töhfə vermək əvəzinə Ermənistan və ABŞ-dakı erməni lobbisi və onun təsiri altında olan bəzi şəxslər özlərini gülünc vəziyyətinə qoyan bu kimi lüzumsuz fəaliyyətlə məşğul olurlar”, - H.Hacıyev cümə günü yayılan bəyanatda bildirib.
O xatırladıb ki, ABŞ-ın xarici siyasəti federal hökumət tərəfindən müəyyən olunur.
“ABŞ hökuməti üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir”, - H.Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-ın bu mövqeyi bir daha BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilmiş GUAM Xarici İşlər Nazirləri Şurası və ABŞ arasında keçirilmiş görüşdə qəbul edilmiş yekun bəyanatda öz təsdiqini tapıb.
”Bəyanatda ABŞ-ın Helsinki Yekun Aktına uyğun olaraq GUAM üzv dövlətlərinin suverenliyi və ərazi bütövlüyünə sadiqliyi bir daha bəyan edilir. Həmçinin, GUAM-a üzv dövlətlərinin məruz qaldığı gücdən istifadə təhdidinə münasibətdə narahatlıq ifadə olunur”, - H.Hacıyev bildirib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət