Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İsveç Krallığının xarici işlər naziri Marqot Vallström iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
E.Məmmədyarov noyabrın 6-da İsveç Krallığına rəsmi səfəri çərçivəsində həmkarı M.Vallström ilə görüşüb.
“Görüşdə Azərbaycan və İsveç arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi yolları müzakirə edilib və bu xüsusda İsveç şirkətlərinin Azərbaycanda fəaliyyəti təqdir olunub, qarşılıqlı sərmayələrin artırılmasının vacibliyinə toxunulub. Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması üçün geniş potensialın olduğunu qeyd ediblər”, - deyə XİN-in məlumatında bildirilir.
Nazirlər Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair saziş üzrə aparılan danışıqların hazırkı səviyyəsi ətrafında fikir mübadiləsi aparıblar və bu sazişin Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın hərtərəfli inkişafına töhfə verəcəyinə inamlarını ifadə ediblər.
Elmar Məmmədyarov, həmçinin Azərbaycanın Avropa İttifaqının üzv ölkələri ilə qarşılıqlı hörmət və anlayışa əsaslanan əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib və 10-a yaxın Aİ üzvü olan ölkə ilə ayrı-ayrılıqda strateji tərəfdaşlığa dair sazişin imzalandığına dair məlumat verib.*
F.İsazadə
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət