Noyabrın 16-da qoşunların əməliyyat hazırlığı çərçivəsində komanda-qərargah hərb oyunları (KQHO) başlayacaq. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Hərb oyununun keçirilməsi qoşun növlərinin və qismlərinin strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanlarının və xüsusi təyinatlı qüvvələrin cəlb edilməsini, eləcə də müxtəlif mərhələlərdə qüvvə və vasitələrin istifadəsini nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
KQHO-nun əsas məqsədi müasir ümumqoşun əməliyyatlarının keçirilməsi üzrə çətin tapşırıqların həllində, o cümlədən dağlıq relyef və mürəkkəb radioelektron, həmçinin hərb oyunlarının niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində idarəetmə orqanlarının və qoşunların qarşılıqlı fəaliyyət səviyyəsinin təkmilləşdirilməsindən ibarətdir.
“KQHO-nun mərhələlərinin birində qarşılıqlı fəaliyyətdə olan qoşunların havada, dənizdə, quruda manevr və atəş imkanları müəyyən edilməklə praktiki fəaliyyəti də yoxlanılacaq”, - deyə məlumatda qeyd olunur.
Komanda-qərargah hərb oyunları noyabrın 20-dək davam edəcək.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət