Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli rəsmi Bakının xarici siyasi kursunun prioritet istiqamətidir. Bunu Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri, fövqəladə və səlahiyyətli səfir Novruz Məmmədov “Azərbaycan diplomatiyası 25 ildə: riskli və mürəkkəb şəraitdə uğurun sirri” adlı məqaləsində deyib.
“Şübhəsiz ki, ilk yerdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsi durur”, – deyə o bildirib.
Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan rəhbərliyi münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməsini vacib şərt kimi irəli sürür. Bu tezis indiki mərhələdə dünya siyasətində müşahidə edilən ziddiyyətlər fonunda ciddi əhəmiyyət kəsb edir. Belə ki, ən mürəkkəb situasiyada da Azərbaycan diplomatiyası sivil üsullara, beynəlxalq münasibətlər sisteminin qaydalarına uyğun fəaliyyət göstərir. Ermənistan və onun havadarlarının çoxsaylı təxribatlarına baxmayaraq, Azərbaycan sülh və barış xəttindən çəkilmir.
O, həmçinin Azərbaycanın təhlükəsizliyi üçün daxili risklərin olmadığını diqqətə çatdırıb. “Digər vəzifə müasir dövrdə böyük əhəmiyyət daşıyan geosiyasi təhlükələri neytrallaşdırmaq üsulu ilə bağlıdır. Bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycanda daxili təhlükə mənbələri mövcud deyil”, - deyə N.Məmmədov qeyd edib.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət