Prezident İlham Əliyev 2018-ci ildə İspaniyaya səfər edəcək. Bu barədə İspaniyanın Azərbaycandakı səfiri İqnasio Sançez Taboada "Caspian Energy" jurnalına müsahibəsində bildirib.
Biz Xarici İşlər Nazirliyində hər bir sahə üzrə münasibətlərimizi gözdən keçirdik. İspaniya Xarici İşlər Nazirliyinin nümayəndələrinin 2014 və 2016-cı illərdə Bakıya baş tutmuş səfərlərini müzakirə etdik. 2015-ci ildə İspaniyanın müdafiə naziri Azərbaycana və elə həmin ildə Azərbaycanın müdafiə naziri Madridə səfər edib. Prezident İlham Əliyevin İspaniyaya gələn il gözlənilən səfəri ən mühüm hadisə olacaq. Hələ ki, konkret tarix yoxdur, amma biz bu məsələ üzərində işləyirik", - deyə diplomatik missiyanın rəhbəri qeyd edib.
Onun sözlərinə görə, İspaniya Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlıdır. "Azərbaycan üçün ticarət və investisiya sahələri strateji əhəmiyyət kəsb edir", - deyə İ.S.Taboada vurğulayıb.
Səfir İspaniya və Azərbaycan arasında iqtisadi münasibətlərin çox zəif olduğunu diqqətə çatdırıb. "Məsələn, 2014-cü ildə İspaniya Azərbaycandan təxminən 700 mln. avro dəyərində mal alıb və bu ölkəyə 80-90 mln. avro dəyərində mal satıb. Hazırda dövriyyə 400 mln. avroya qədər azalıb, səbəb mürəkkəb iqtisadi vəziyyətdir", - deyə o əlavə edib.
İ.S.Taboadanın sözlərinə görə, İspaniya Azərbaycandan əsasən neft məhsulları ixrac edir. Bununla belə, İspaniyadan Azərbaycana ixracın həcmi 35 mln. avroya qədər azalıb. "Bunlar əsasən tikinti materialları, maşın avadanlığı və toxuculuq mallarıdır. Ümid edirik ki, Avropa İttifaqı və Azərbaycan arasındakı dostluq münasibətləri Avropa ölkələri və Azərbaycan arasında ticarət və investisiya münasibətlərinin inkişafına kömək edəcək", - deyə səfir qeyd edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət