ATƏT-ə üzv olan həmsədr ölkələr Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların . intensivləşməsindən razılıq ifadə ediblər.
“ATƏT-in Minsk qrupu həmsədrlərinin Vyanada Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri olaraq, biz, Rusiya xarici işlər naziriSergey Lavrov, ABŞ dövlət katibi Reks Tillerson və Fransanın ATƏTyanında daimi nümayəndəsi Veronika Roger Lacan Helsinki Yekun Aktı və orada göstərilən güc tətbiq etməmə, güc tətbiqi ilə təhdid etməmə, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsiplərini əsas götürərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik missiyasında birgə mövgedən çıxış etdiklərini bir dahatəsdiq edirik”, - həmsədrlərin yaydığı birgə bəyanatda deyilir.
Onlar qeyd edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin yeganə yolu sülh danışıqlarıdır.
“Danışıqların oktyabrın 16-da Vyanada yüksək səviyyədə bərpasını və ATƏT-in Minsk qrupu həmsədrlərinin təşkilatçılığı ilə xarici işlər nazirlərinin dünənki görüşünü alqışlayırıq. Tərəflərə təqdim olunmuş işçi təkliflərə dair kompromislərin təşviqi üzrə həmsədrlərimizə vasitəçilik fəaliyyətini davam etdirməyi tapşırmışıq”, - bəyanatda vurğulanır.
Bundan əlavə, RF, ABŞ və Fransa İrəvan və BakınıATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin genişləndirilməsini qəbul etməyə çağır
“2016-cı ildə Vyanada və Sankt-Peterburqda keçirilmiş sammitlərdə qəbul edilmiş digər qərarlar da icra edilməlidir. Həmsədrlərin Ermənistan və Azərbaycan xalqları arasında təmasların bərpasına yönəlmiş təkliflərini tərəflərin nəzərdən keçirməsini və itkin düşmüş şəxslərlə bağlı məlumat mübadiləsində Qızıl Xaç Beynəlxalq Komitəsinə dəstəklərini alqışlayırıq”, - bəyanatda qeyd olunub. Həmsədr ölkələr davamlı sülhə nail olmaq üçün tərəflərlə sıx əməkdaşlıq etməyə hazırdır.
“Tərəflərə təqdim olunmuş işçi təkliflərə dair kompromislərin təşviqi üzrə həmsədrlərimizə vasitəçilik fəaliyyətini davam etdirməyi tapşırmışıq, lakinDağlıq Qarabağ münaqişəsinə son qoyulması üçün əsas məsuliyyət Ermənistan və Azərbaycan liderlərinin üzərinə düşür"- bəyanatda vurğulanıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət