Cümə axşamı Heydər Əliyev Mərkəzində Bakının “Expo-2025” Beynəlxalq sərgiyə ev sahibliyinə namizədliyinin irəli sürülməsi ilə bağlı Azərbaycanda akkreditə olunan diplomatik korpus üçün təqdimat keçirilib.
Tədbirdə çıxış edən birinci vitse-prezidentin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov vurğulayıb ki, rəsmi Bakı “Expo-2025” sərgisinin keçirilməsində iddialıdır
“Azərbaycan «World Expo-2025»in Bakıda keçirilməsində iddialıdır. Bizim nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəmiz var”, - A.Ələkbərov deyib.
O qeyd edib ki, Azərbaycan dünya birliyi üçün iqtisadi və siyasi sahələrdə etibarlı tərəfdaşdır. “Siyasi stabil və daima inkişaf edən Azərbaycan 2019-cu ildə Avropa Gənclər Festivalı, 2020-ci ildə karate üzrə Avropa Çempionatı və futbol üzrə Avropa Çempionatının seçmə ouuinlarını təşkil edəcək”, - A.Ələkbərov xatırladıb.
Bundan əlavə, o Azərbaycanda avtomobil yarışları, xüsusilə “Formula-1” yarışlarının mərhələsinin uğurla keçirildiyini qeyd edib.
Onun sözlərinə görə, həmin yarışlar gələcək illərdə də Bakıda keçiriləcək.
“Azərbaycan ictimaiyyəti, ölkə rəhbərliyi kimi «World Expo-2025»in Bakıda keçirilməsini dəstəkləyir”, - A.Ələkbərov vurğulayıb.
Öz növbəsində birinci vitse-prezidentin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda (Bureau International des Expositions, BIE) Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyovtədbir iştirakçılarına 2018-ci ilin noyabr ayında keçiriləcək səsvermədən öncə rəsmi Bakı tərəfindən “Expo-2025” çərçivəsində atılacaq addımlar barədə məlumat verib.
O qeyd edib ki, Azərbaycanın bəyan etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu bəşəriyyət üçün aktualdır. “Mövzunun Azərbaycan üçün vacibdir və beynəlxalq inkişaf gündəliyinə, xüsusilə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğundur. “World Expo-2025 Bakı” sərgisi beynəlxalq inkişaf gündəliyində duran qlobal məsələlərinin həlli baxımından universal platforma rolunu oynayacaq”, - E.Əmirbəyovvurğulayıb.
O bildirib ki, Ümumdunya sərgisi bu günədək Şərqi Avropa, Qafqaz və Xəzər hövzəsi regionunda keçirilməyib. “Ekspo 2025” sərgisinin Bakıda təşkili ilə bu beynəlxalq tədbirin keçirildiyi ənənəvi çoğrafiya genişlənə bilər. “Sərgi yerli biznes imkanlarının artması ilə yanaşı, dünyanın aparıcı biznes şirkətlərinin də bir araya gəlməsində, yenisərmayələrin qoyulmasıvə biznes əlaqələrinin qurulmasında müstəsna rol oynayacaq”, - E.Əmirbəyovqeyd edib.
Onun sözlərinə görə, sərgi Azərbaycana daha çox turist gəlməsinə də müsbət təsir göstərəcək.
“Ekspo 2025 Bakı” Əməliyyat katibliyinin icraçı direktoru Pol Foster layihənin əsas texniki parametrləri barədə məlumat verib.
O qeyd edib ki, Büronun qiymətləndirmə missiyası 2018-ci ilin mart ayında Bakıya səfər edəcək.
P.Fosterin sözlərinə görə, “Ekspo 2025 Bakı” sərgisi üçün nəzərdə tutulan 200 hektar ərazi Bakı şəhərinin şərq hissəsində yerləşir. ƏraziAzərbaycanın dövlət gerbi olan səkkizbucaqlı ulduz şəklində görünəcək.
“Azərbaycanın ilk dəfə olaraq Ümumdünya Sərgisinə ev sahibliyi etməsi uğrunda mübarizəyə qoşulması ölkənin özünə inamı, bacarıq imkanları, siyasi və iqtisadi müstəvidə inkişafından xəbər verir”, - o qeyd edib.
Bakı hər bir turistin özünü təhlükəsiz hiss edəcəyi ən etibarlı şəhərdir”, - P.Foster vurğulayıb.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət