Azərbaycan Ordusu torpaqları işğaldan azad edərək ölkənin ərazi bütövlüyünün təmin edilməsinə hazırdır.Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
“Ordumuzun hərbi potensialını gücləndirmək üçün nə lazımdırsa Azərbaycan dövləti onu edir. Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yerdədir. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi və silahların modernləşdirilməsi üçün 2014-cü ildən başlayaraq hər il bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir və bundan sonra da dövlətimizin dəstəyi ilə bu addımlar davam etdiriləcək”, - nazirliyin saytında dərc olunan materialda Z.Həsənov yazır.
Nazirin rəyinə görə, ən müasir silah-sursat və döyüş vasitələri ilə təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik, mənəvi-psixoloji cəhətdən hazırlıqlı Azərbaycan Ordusu “prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrini dərhal və yüksək peşəkarlıqla yerinə yetirməyə hazırdır və qadirdir”.
“Əmin edirəm ki, Azərbaycan Ordusunun bütün şəxsi heyəti göstərilən etimadı daim doğrultmağa, torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzün təmin edilməsinə tam hazırdır”, - nazir vurğulayıb.
O qeyd edib ki, qısa müddətdə, xüsusilə cəbhəboyu zonada, 40-dək yeni hərbi şəhərcik inşa edilərək istifadəyə verilib. “Hazırda 5 hərbi hissədə tamamlama işləri davam etdirilir. İlin sonunadək daha 4 yeni hərbi şəhərciyin inşa edilərək sona çatdırılması planlaşdırılır”. - Z.Həsənov bildirib.
Bundan əlavə, Ali Baş Komandanın tapşırığına əsasən yaxın vaxtlarda daha 500-dək hərbi qulluqçunun daimi mənzillə təmin olunması nəzərdə tutulub.
“Stasionar və çöl şəraitdə yerləşən hərbi hissələrin, xüsusilə də ön xətdəki bölmələrin hərbi qulluqçularının sosial-məişət, əşya-əmlak və ərzaq təminatının yaxşılaşdırılması məqsədilə planlı surətdə müvafiq tədbirlər həyata keçirilir”, - nazir bəyan edib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət