Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Strateji tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların növbəti raundu bu ilin noyabr ayında keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Aİ-nin Bakıdakı nümayəndəliyinin Siyasət və mətbuat şöbəsinin rəhbəri Denis Daniilidis məlumat verib.
"Danışıqların növbəti raundunun noyabrda keçirilməsi nəzərdə tutulur", - deyə o bildirib.
D.Daniilidisin sözlərinə görə, oktyabrın əvvəlində Brüsseldə baş tutan danışıqlarda irəliləyiş müşahidə olunur. "2-3 oktyabr tarixlərində Brüsseldə keçirilən danışıqların yekunları üzrə sazişin təhlükəsizlik məsələləri ilə bağlı siyasi blokunda irəliləyiş müşahidə edirik”, - deyə şöbə rəhbəri vurğulayıb.
O, həmçinin ticarət məsələləri ilə bağlı blokda müəyyən çətinliklərin olduğunu da diqqətə çatdırıb.
Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib. Yeni saziş Tərəfdaşlıq və əməkdaşlıq haqqında 1996-cı il tarixli sazişi əvəz edəcək.
Azərbaycanla yeni saziş üzrə danışıqlar 2017-ci il fevralın 7-də başlayıb.*
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət