ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfərində məqsəd həm də Azərbaycanla gələcək əməkdaşlıq perspektivlərini müzakirə etməkdən ibarətdir. Bunu "İnterfaks-Azərbaycan" agentliyinə açıqlamasında beynəlxalq hüquq mütəxəssisi-politoloq, “Zamon Times” qəzetinin (Nyu-York) redaktoru Rafael Səttarov deyib.
"Boltonun 24 oktyabr tarixində baş tutacaq səfəri ondan xəbər verir ki, Amerika tərəfi Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinin təminatı üçün Azərbaycanla enerji sahəsində münasibətləri dərinləşdirməyin nə qədər mümkün olduğunu öyrənməyə çalışır", - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, Vaşinqtonu, həmçinin Rusiya-Amerika münasibətlərində daha da dərinləşən böhran nəzərə alınmaqla Bakının ABŞ-la əməkdaşlıq etməyə nə dərəcədə hazır olması məsələsi də maraqlandırır.
"Amerikanın enerji şirkətləri Azərbaycanın neft və qaz yataqlarının işlənməsi və hasil olunan neft və qazın Aİ-yə ixracı prosesinə qoşulmaqda maraqlıdır. Çünki Tramp dəfələrlə açıq şəkildə avropalıları, xüsusilə də almanları söyüb ki, onlar daim ABŞ-a müraciət edərək Rusiyaya qarşı müdafiə xahiş etsələr də, özləri bu ölkədən neft və qaz alaraq ona maliyyə yardımı göstərirlər", - deyə R.Səttarov vurğulayıb.
Politoloq qeyd edib ki, Ağ Ev anti-Rusiya yönümlü "təhlükəsizlik kəməri"nin yaradılması imkanlarını nəzərdən keçirir.
Onun sözlərinə görə, Vaşinqton həm də postsovet ölkələrindən enerji resurslarının Qərbə tədarükü məsələləri ilə bağlı təşəbbüsü Moskvanın əlindən almağa çalışır.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət